Tiflis gürcü müstəntiqlərinin Əfqan Muxtarlını dindirməsi üçün Azərbaycana müraciət edib

0
17
Rəsmi Tiflis Azərbaycana müraciət edərək gürcü müstəntiqlərinin jurnalist Əfqan Muxtarlıdan ifadə almaq üçün imkan yaratmağı xahiş edib.

Strateq.az bildirir ki, bu barədə  parlament çoxluğunun lideri Arçil Talakvadze “Rustavi 2”-yə müsahibəsində deyib: “Gürcüstan müstəntiqlərinin istintaqının protokolu cinayət işinin materiallarına daxil ediləcək”.

Talakvadzenin sözlərinə görə, jurnalist Əfqan Muxtarlının işi üzrə 100 nəfər dindirlib, 30-dək kamera görüntüləri götürülüb: “Hazırda telequllərdəki videoəlaqələrin köçürülməsi aparılır. Proses davam edir”.