Görmə qabiliyyətini 3 dəfə gücləndirəcək linzalar hazırlanır

0
4

Görmə qabiliyyətini 3 dəfə gücləndirəcək linzalar hazırlanır

İnsanların görmə qabiliyyəti yaxın gələcəkdə xüsusi linzaların köməyi ilə ciddi şəkildə güclənə bilər. İKT.lent.az-ın xəbərinə görə, yeni texnologiya haqqında “Digital Trends” portalı məlumat yayıb.

Layihənin müəllifi, kanadalı optometrist (gözün linza və eynəklərdən istifadə etməklə korreksiyası ilə məşğul olan həkim) Qaret Vebb (Gareth Webb) bildirib ki, “Ocumetics Bionic Lens” adlı texnologiya insanların görmə qabiliyyətini 3 dəfə gücləndirməyə qadirdir. İnnovasion linzaların hazırlanması üçün 8 il elmi tədqiqat aparılıb və 3 milyon dollar xərclənib. Linzalar 25 yaşına çatmış insanların gözlərinə yerləşdiriləcək. Prosedur cəmi 8 dəqiqə çəkəcək və bu müddətdə həkimlər pasiyentin gözünə süni linza yerləşdirəcəklər. Bundan sonra həmin insanlar heç vaxt kataraktdan əziyyət çəkməyəcəklər.

Hazırda yeni texnologiyanın klinik təcrübələri aparılır. Bionik linzaların nə vaxt bazara çıxarılacağı bəlli deyil. Q. Vebb linzaların kütləvi tətbiqinin yaxın 2 il ərzində başlaya biləcəyini söyləyib.

Oftalmoloq Vinsent De Luis texnologiyanın uğurlu tətbiqi halında insanların uzaq, orta və yaxın məsafələr üçün ideal görmə qabiliyyətinə malik olacağını vurğulayıb.

LEAVE A REPLY