Mobil telefonda bakteriyaların sayı ayaqyolundan 18 dəfə çoxdur

0
4

Mobil telefonda bakteriyaların sayı ayaqyolundan 18 dəfə çoxdur

Britaniya tabloidi “Daily Mail” Surrey Universitetinin mobil telefonlarla bağlı bir araşdırması haqqında yazı dərc edib.
Yazıda qeyd olunur ki, mobil telefonlar çox təhlükəli bakteriyaların məskəni ola bilər.
Günümüzdə çoxlarımız mobil telefonlarımızı əlimizdən yerə qoymuruq. Həmçinin smartfona qədər olan dövrdə bu telefonlar vasitəsilə nəinki digər insanlarla əlaqə saxlamaq, həmçinin İnternetə çıxış əldə etmək və onun media imkanlarından faydalanmaq mümkün idi. Müasir və günü-gündən yenilənən proqramlar sayəsində mobil telefonlar naviqasiya, sohbət, müxtəlif oyunlar üçün əvəzolunmaz amilə çevrilir.
Müntəzəm olaraq istifadə olunan əşyalar, məsələn, açar, qəpik pullar, əskinaslar istifadə edildikcə öz üzərinə xeyli miqdarda çirk yığır. Telefon dəstəyi də bu yöndə istisna deyil. Bir çox hallarda toplanan mikroorqanizmlər nisbətən təhlükəsizdir, onlar sadəcə yaxşı yuyulmamiş əllərin və ya çirkili səthlərə toxunmanın verdiyi nəticələrdir. Ancaq elə hallar da var ki, onlar dəridə səpgi, qanın və qidanın zəhərlənməsi kimi təhlükə daşıyır.
Britaniya alimləri 30 telefon korpusunu mikroorqanizmlər üçün əlverişli mühit təşkil edən Petri qabına salıblar. Fotoda telefonun təcrübəyə başlanılan gündəki tərkibi yox, üç günlük inkişafın nəticələri göstərilib.
Təcrübədə bəzi hallarda qızılı stofilokokkun təzahürlərinə rast gəlinib. Hesab olunur ki, əhalinin təxminən beşdə bir hissəsi bu bakteriyanın daşıyıcısıdır. Bu bakteriya dəridə və yuxarı tənəffüs orqanlarının selikli qişasında məskən salır və insan xəstə sayılmır. Ancaq dəri qatının hər hansı zədələnməsi zamanı bu mikroblar yaraya düşə və infeksion xəstəliklər əmələ gətirə bilər. Təhlükənin ciddiliyi sızanaqlardan tutmuş impetiqo, pnevmoniya, meningit, sepsis, infeksion-toksik şoka qədər özünü göstərə bilər. Bakteriya zədələnmiş səthlərdə insana insana da keçmə xüsusiyyətinə malikdir.
Telefon faunasının digər təhlükəli nümayəndəsi Bacillus mycoides adlı bakteriyadır . Adətən bu bakteriyaya torpaqda rast gəlinir, yəni böyük ehtimalla, telefon aparatı və ya onun sahibi bir müddət əvvəl torpaqla təmasda olub.
Testlər göstərib ki, mobil telefonda orta hesabla kişi ayaqyolundakı suaxıdıcı dəstəkdə olan bakteriyalardan 18 dəfə çox bakteriya mövcuddur. Sınaqdan keçirilən telefonlardan təxminən dörddə birində yoluxma səviyyəsi qəbul olunan normanı on qat keçib. Bir nümunə isə o qədər çirkili olub ki, hətta onunla adi danışıq belə mədə-bağırsağın pozulmasına gətirib çıxara bilərdi.
Bu səbəbdən heç olmasa həftədə bir dəfə öz “cib dostunuzun” təmizlənməsinə vaxt ayırın , belə olduğu təqdirdə xəstələnmək, hər hansı infeksiyaya yoluxmaq riski də azalacaq.
Telefonun təmizlənməsi elə də asan iş deyil, bu zaman olduqca ehtiyatlı olmaq lazımdır. Telefonu təmizləmədən əvvəl onu söndürün. Mikrofiber bez götürün (onu məişə əşyaları və optik mağazalardan əldə etmək olar), bir küncünü birazca su ilə isladın və ekranı silin. Sonra bir daha bezin digər quru küncü ilə silin. Pambıq çoplə toz və çətin əl çatılan yerlərdə yığılan qırıntıları təmizləyin.
Bəzi texniki avadanlıq məhsulları istehsalçıları mobil telefonların təmizlənməsi üçün spirt tərkibli və kimyəvi maddələrin istifadəsini məsləhət görmürlər, ancaq buna baxmayaraq özləri telefon təmizliyi üçün xüsusi spirtli salfetlər satışa çıxarırlar. Belə salfeti ev şəraitində də əldə etmək mümkündür. Etil və ya 70 faizli izopropil spirtini 1:1 nisbətində su ilə qarışdırın. Xov buraxmayan yumşaq bezi bu suda isladın və yüngülcə ekranı silin. Heç bir halda kağız salfetdən istifadə etməyin.
Telefonunuzu ölçüsündə və ağılla təmizləyin, bu zaman sizin mobil telefonunuz keyfiyyətli şəkildə çalışacaq və onun səthi bakteriyalardan qorunmuş olacaq.

LEAVE A REPLY