AYNUR TALIBLI.
İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.
Sizlərində, mənimdə hər zaman istihbarat-kəşfiyyat və casusluqla əlaqədar yazılar ,filimlər diqqətimizi cəlb etmişdir.Bu məlumatlar, filimlər, yazılar doğru olsun və ya olmasın bizlərin marağına səbəb olmuşdur. Bunun səbəbi isə mövzunun gizəmli və bir o qədər də sirr pərdələri ilə örtülü olmasından qaynaqlanır. Bu gün məndə məqaləmdə bu mövzuya toxunacağam. Amma fərqli və bir o qədər həqiqi olan qaynaqlara müraciət edəcəyəm.
Bu yazımda “istihbarat nədir?” sualına cavab tapmağa çalışacağam və “casusluqla istihbarat-kəşfiyyat arasındakı əlaqədən, istihbaratın önəmi və bizim atalarımızın qurduğu dövlətlərdə yəni əski Türklərdə var olmuş istihbaratdan və casusluq bəhs edəcəyəm.
Türkiyə ləhçəsində istihbarat, Azərbaycan ləhcəsində kəşfiyyat olaraq adlandırılan bu qavramın anlamı eynidir. Kəşfiyyat ərəb mənşəli sözdür və ərəbcə kəşf sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti). Azərbaycan Türkçəsində Hər hansı bir məlumat əldə etmək məqsədilə aparılan tədqiq və ya yoxlama işləri kəşfiyyat adlandırılır. İstihbarat kəliməsi də, ərəbcə “istihbar”,”xəbər” və “bilgi alma” kəliməsinin cəmidir (Özdağ. Ü, 2009: 34).(1).
Qərb dillərində , xüsusən ingiliscə və fransızcada istihbarat-kəşfiyyat qavramı “intelligence” kəliməsi ilə ifadə edilir və “ağıl,zəka” olaraq anlamlandırılır , bu da Qərbdə bu işə nə dərəcədə önəm verildiyini göstərir. İstihbaratın/kəşfiyyatın Qərbdəki önəmi CIA -Central intelligence Agency (Mərkəzi Xəbəralma Təşkilatı), MI-Millitary intelligence (əsgəri Xəbəralma Təşkilatı), DIA-Defense intelligence Agency(Savunma-Müdafiə istihbarat-kəşfiyyat təşkilatı) kimi örgütlərin fəaliyyətində açıq bəlli olur.(2)
KKB Və MoSSAD da buna örnəkdir.
Türk dil qürumu istihbarat qavramını “ Bilgi toplama, xəbər alma” olaraq açıqlamışdır (Türk Dil Kurumu)(3).İstihbarat qavramı, təməl olaraq ;
- Bilgi anlamında istihbarat
- Sürəç- olaraq istihbarat
- Görəv olaraq istihbarat
- Örgüt – təşkilat olaraq istihbarat şəklində dördə ayrılmaqdadır (Özdağ. Ü, 2011: 32).
İstihbarat-kəşfiyyatla bərabər qulaqlarımız ajan və ya casus kəliməsini eşitməyə də alışmışdır. Doğrudur, istihbarat-kəşfiyyatla casusluq-ajanlıq əlaqəlidir. Casusluq ərəbcə bir kəlimə olan “təcəssüm”, yəni maraqlanma , özündən kənarda baş verən hadisələri öyrənmə həvəsi, gizli şeylərlə maraqlanma fellinin mənşəindən gəlmişdir. (4) Zaman- zaman istihbarat ilə casusluq bir-birinin yerinə istifadə edilmişdır. Casusluq istihbarat-kəşfiyyat fəaliyyətlərində ehtiyac duyulacaq bəzi özəl , xüsusi məlumatları əlde etmək üzərə gizli və qorunan qaynakları əldə etmək üçün başvurulan yoldur. Bu fəaliyyətlər sonucunda əldə ediləcək xəbərlər istihbarat fəaliyyətini bəsləyən amillərin, dəlillərin çox az bir qısmını təşkil edir. Casusluq istihbarat fəaliyyətlərinin geniş bölmələri içərisində kiçik bir yer tutar.(5) Casusluqla ,”espiyonaj” kəliməsi də eyni qavramı ifadə edir və xarici dillərdən dilimizə daxil olaraq casusluq mənasında istifadə edilir .Bu kəlimə fransızcadan alınmışdır. Türkçədə xalq arasında istifadə edilən ispiyon kəliməsi də fransınca kökənlidir və “espionnage” kəliməsindən gəlməkdədir. Bəhs edilən kəlimələrin hamısı istihbarat/kəşfiyyat fəaliyyətini ifadə edir. Kontrespi-yonaj qavramı isə istihbarata -kəşfiyat fəaliyyətinə qarşı olmaq və əks istihbarat mənasını bildirir. İngiliscədə kəşfiyyata qarşı qoyma “contrary intelligence” adlandırılır .Casuslara Avropa dillərində “agent”, ajan da deyilir.
Casusluq dünyanın ən əski məsləklərindən biridir. Bu fəaliyyət topluluqların həyatlarını davam etdikləri hər zamanda icra edilmişdir.İstihbarat-kəşfiyyat fəaliyyəti gərək güvənlik və gərəksə ticari, ekanomik, siyasi və. b. sahələrdə güncəlliyini itirmədən,hətta cazibəsini çağın texnalojik imkanlarıyla artıraraq, vazkeçilməz bir sahə olaraq, insanlıq tarixində genişlənməsi ilə birlikdə mevcudluğunu göstərən, həssas və dövlət güvənliyi üçün çox önəmli fəaliyyətdir.(6).
Dünya dövlətlərinin iç-daxili güvənliyini qorumaqda qarşımıza çıxan qavramlardan biri də kəşfiyyat və xəbər almadır. Bir dövlət üçün istihbarat ve istihbarat təşkilatı son dərəcə önəmlidir.
Tarixin ən əski dövürlərində, ən kiçik insan topluluqlarında bele kəşfiyyat fəaliyyəti vardı.(7) Bəzilərinə görə bu fəaliyyət insanlıq tarixinin başlanması ilə başlamışdır.Örnəyin əski CIA görəvlisi Walter L. Pforzheimera görə ilk casusluk olayı Adəm ilə Həvva arasında gərçəkləşmişdir. Pforzheimer, İncildə bəhs edilən ilanın ilk casus, Həvvanın ilk muxbir və Adəmin də ilk qurban olduğunu hesab etmişdir. (8).2 İstihbarat –kəşfiyyatı haqqındaı ilk yazılı mətin miladdan 5000 il öncə tarixlidir. Bu mətində Misir Kralı III. Tutmosisin hakimiyyəti altındakı Yafa kəndinə gizlicə ajan-casus göndərərək şəhəri daha az maliyyətlə ələ geçirdiğindən bahs edilməktədir.(9). Çinli filosof Komutan Sun Tzu, milatdan önce VI yüzildə yazdığı “Savaş Sənəti” adlı kitabında , asanlıqla savaş qazanıb zəfərə qovuşmağın istihbarat ilə mümkün olacağını qeyd etmişdir.(10). Həmçinin yazar əsərində İstihbaratın-kəşfiyyatın dönəmin gələnəksəl yöntəmləri olan ruh çağırmaq və.s. üsüllarla deyil, insan istihbaratı-kəşfiyyatı sayəsində olacağına diqqət çəkmişdir. (11).
Dünya üzərindəki üç səmavi dinin müqəddəs kitablarında istihbarat və istihbaratçılıqdan bəhs edilmişdir. Dinlərin yayılma sürəsinin eyni zamanda siyasi bir sürəç olması səbəbindən, bu sürəçlərdə istihbarat-kəşfiyyat texniklərindən yararlanılmışlardır. İslam dininin yayılması əsnasında gərçəkləşən savaşlarda, savaş öncəsi əlaqədar şəhərlərə tüccar və.b. qılıqlarda casuslar-ajanlar göndərilərək lojistik ehtiyaclar-əsgəri məlumatlar ve düşman haqqında bilgilər toplanılmışdır.(12).
Bu bilgilərd dövrün şərtlərinə görə qiymətləndirilərək savaşda və barışda yararlanılmışdır.
Ayrıntılı bilgi üçün baxınız , Kuran-ı Kerim, Kəhf Surəsi, 19. Ayət “Və beləcə aralarında soruşsunlar deyə onları diriltdik (oyandırdık). Onlardan danışan biri belə dedi: “Nə qədər qaldınız?” “Günün bir qismi və ya bir gün (qədər).” dedilər. (Digərləri də): “Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir.” Dedilər. Artık sizdən birisini, sizin bu gümüş pulunuzla şəhərə göndərin. Beləcə ən təmiz yemək hansı, baxsın (da) ondan sizə bir rızık gətirsin. Və tədbirli (diqqətli) olsun. Heç,əsla sizi bir kimsəyə sezdirməsin (varlığınızı heç kimsəyə hiss etdirməsin).” Və 20. Ayet “Mütləq ki onlar, əgər sizə qarşı qâlip gəlirlərsə, sizi daşlarlar və ya sizi öz dînlərinə döndürürlər. O zaman əsla əbədiyyən qurtuluşa varamazsınız.” (13).
Orta Çağ Xristiyan coğrafiyasında Kilisə müxtəlif müxbirlərdən yararlanma, gücünü artırma və dərəbəylərin gücünü zəyiflətmə yoluna girişmişdir. Musəvilərin müqəddəs kitabı Tövratda isə istihbarat fəaliyetlərinə rastlamaq mümkündür. əski Ahit’de (Musavilər müqəddəs kitablarını” Ahit” olaraq adlandırırlar). Yuşa Peyğəmbərin Fələstinin fəthi sırasında bölgəyə iki casus göndərdiyindən bəhs edilməktədir.(14).
1530’lu illərdə qurulan İngilis Kraliyyət Gizli Servisi qurumsallaşan istihbarat-kəşfiyyat çalışmalarının ilk örnəyi olaraq qəbul edilməkdədir. Ortaçağ və öncəsində istihbarata-kəşfiyyata layiqli olduğu dəyəri verməyən Qərb mədəniyyətləri, Napolyon’un kəşfiyyat sahəsindəki başarıları ilə bu sahəyə yönəlmişdir. Napolyon’un İstihbarat rütbəli əsgəri Philippe Henri de Grimoard, “Nazirlər və generallar dost və düşman ordularının durumları haqqında yetərli bilgiyə sahib deyillərdir. Onlar mütləq dost və düşman dövlətlərin şəhərlərinə, ordularına, qəsəbələrinə casuslar yerləştirərək bu mövzudakı bilgilərini genişləndirməlidirlər. Fəqət bunu sağlamaq asan deyildir . Bu səbəbdən kəşfiyyatın başına zəkalı, tez qavrayan və ağlı başında bir başçı gətirmək gərəklidir. Başçı önderliyində digər görəvliləri təlimləndirərək bu əksiklikdən qurtarılarsınız.”(15) deyərək kəşfiyyatın önəmini vurğulamışdır. Digər tərəfdən Napolyonun istihbarata yönelmesinin səbəbi başveren ekonomik ve siyasal dönüşümdür.(16).
Həmçinin Napolyon Bonapartın “xüsusi ilə təlimləndirilmiş bir casusun təmin edəbiləcəyi bilgi və xəbərlərin bəzən bir çox əsgər birliyindən daha çox önəm ərz edir” səklindəki sözləri istihbaratın-kəşfiyyatın nə dərəcədə önəmli olduğunu göstərməkdədir.(17)
Sizlərə Avropada və dünyada kəşfiyyatdan bəhs etdim. İndi isə qədim və köklü tarixə sahib olan biz Türklərin atalarının qurduğu dövlətlərdəki istihbaratdan bəhs edəcəyəm. Minlərcə illik Türk tarixində qurulan bir çox dövlətin bağımsızlıqlarını qoruya bilmək üçün kəşfiyyatla məşqul olan sadə və ya gəlişmiş bir çox təşkilata sahib olduqlarını görürük. Bütün millətlərdə olduğu kimi Türklərdə də istihbarat və istihbaratçılarla ilgili qavramlar ilə rastlaşırıq.
Tarix boyunca çox sayda dövlət quran Türklər, istihbarat işinə büyük önəm vermişlərdir.Köçəri həyatdan daimi yerləşik həyat tərzinə keçən Türklərdə , Orta Asiya Türk dövlətlərində casusluq fəaliyyəti ilə məşqul olanlara ” çaşıt,çaşut” , casusluq fəaliyyətinə isə “çaşutlama” deyilirdi.(18). Çaşıt qavramı Türklər arasında “gizləmək, gizli bir şeyi söyləyən və casus” mənalarında istifadə edilirdi.(19).
Bu çaşıt ismi verilən insanlar daha çox Çin kökənli idilər. Casusluğun ilk örnəkləri hesab edilən “çaşıtlar” gənəlliklə Çin din adamları, ya da Hindistanda doğulub böyüyən və şərqə doğru yayılan Buda dininə mənsub din adamları idi. Bunların görəvi Türk topluluqlarına öz inançlarını mənimsətmək, xüsusi ilə yönəticiləri əldə etmək və toplumda qarışıqlıq yaratmaq, sonra onu içdən-içə əridib yox etməkdi. Çinli rahiblər gənəlliklə Türklər arasına girib səyyah kimi davranırlar, bir tərəfdən dinlərini yaymaya çalışarkən digər tərəfdən də Türk toplumunun gənəl yaşayışı, gələnəkləri və güvənlikləri ilə əlaqədar bilgi toplarlardı. Daha sonra bunları “Səyahatnamə” biçimində düzənləyərək hökümdarlarına təqdim edərlərdi. Bu şəkildə Çinlilərin Hunlar arasına yerləşdirdiyi bilinən ilk səyyah və casus Chang-Chiendir. Chang-Chien miladdan öncə 138-ci ildə Hunlar arasında səyahətə çıxmış və 13 il gəzdikdən sonra topladığı bilgiləri Çin hökümdarına rapor-bilgi bəyanı halında təqdim etmişdir .(20).
Sonraki dönəmdə Göktürk Xitabələrində və Dədəm Qorqud Hekâyələrində istihbarat qavramları istifadə edilmişdir.(21) Dədəm Qorqud Hekâyələrində geçən istihbarat-kəşfiyyat qavramlarına örnək olaraq; “ Kırk yiğit ilə oturup duruyorlardı. Murada maqsuda erməin, kâfirin casusu bunları casusladı, varıp Bayburd Hisarının bəyinə xabər verdi.”(22).
Orta Asya Türk Dövlətlərində istihbarat fəaliyyətləri əsasən Çin İmperatorluğuna qarşı yeridilmişdir. Eynı şəkildə bu dönəmdə Çin istihbaratı da Türklər üzərinə yoğunlaşmışdır. Örnəyin bir Türk boyu olan Topalar, Böyük Hun İmperatorluğunun qurulmasından təxminən 300 il öncə Çin istihbarat-kəşfiyyat və psixoloji hərb yöntəmlərinə yenilərək Çinliləşmiş və yox olmuşlardır (23). Türklərin, Orta Asyidan köçlərinin başlamasıyla birlikdə köç güzərgâhları və yurd arayışlarında dönəmsəl istihbarat-kəşfiyyat çalışmaları davam etmişdir. Köç güzərgâhlarının və yurd edinəcək bölgələrin bəlirlənməsində, bəzi Türk boyları istihbarat və kəşif məqsədi ilə öncədən səfərə çıxmışdır. Gələn bilgilərə görə toplu göçlər yaşanmışdır(24).
Daha sonraki dönəmlərdə Türklərin Hindistan, İran və Xristiyan dünyası ilə qonşu olmaları üzərinə yeni casuslarla mübarizə etmək durumunda qalmışlardır. Qərb Hunların, Avropa içlərinə qədər irəliləyincə, Bizans ilə Romadan elçi və din adamı kimi xüsusi görəvlərlə Atillaya casuslar göndərilmişlərdir.(25). Tarixdə bilinən ilk istihbarat –kəşfiyyat təşkilatı, Çinlilər tərəfindən Göktürklərə qarşı 570-ci illərdə qurulmuşdur. İstihbaratın görəvli “nazir”inin adı da Çang Sun Çing’dir. Göktürklərin sürətlə yüksəlməsi, bölgədə güçlü bir dövlət halına gəlməsi və Çinin Qərbi ilə Hindistan gəlirlərinə əl qoyması üzərinə imperatorluq tərəfindən dərhal bir xəbər alma təşkilatı qurulmuşdur. Əsasını Budist rahiblərin təşkil etdiyi bu İstihbarat təşkilatının görəvliləri tapınaq və çeşitli dövlət qədəmələrində təlim edildikdən sonra Göktürk ölkəsinə göndərilmişdir. Rahib, səyyah, düccar və həkim rolunda Göktürk ölkəsinə yayılan ajanlar, qısa zamanda olduqları bölgənin güvənini qazandılar. Olduqları bölgələrin yönəticilərinin və komutanların saraylarına qədər daxil olmağı bacaran ajanlar, eyni şəkildə ölkənin ən önəmli və böyük sarayına; Kağan Sarayı’na da sızmış və yüksək mərtəbələrdə görəv əldə etmişlərdir.(26).
Türk tarixində davamlı casusluq fəaliyyətləri sonucunda ikiyə bölünən və sonra da ortadan qaldırılan dövlət olaraq qarşımıza Göktürklər çıxır. Göktürklərin yüksəlməsi və çevrəsindəki topraqları ələ keçirməyə başlaması Çinliləri ürkütmüşdür. Çin hökümdarı bunun üzərinə Çang Sun Çing vasitəsi ilə Göktürk ölkəsinə casuslarını soxmuş və Kağan ilə yaxınları arasına fitnə soxaraq aralarında dava çıxartmışdır. Bu dava nəticəsində dövlət 582-ci ildə ikiyə ayrılmışdır.(27). Çinlilər xüsusilə şamanlar və Budist rahiblər aracılığı ilə Türklər haqqında davamlı və düzənli olaraq bilgi almışlardır. Bunun üzərinə də, Türk dövlət adamları da Çinliləri öz silahları ilə vurmağa başlamışlardır. “Türk” olan Çin ajanlarını “utanç verici bir ölüm” ilə cəzalandırarkən, Çinli ajanları da satın almaq yolunu istifadə etmişlərdir. Bununla da yetinməyən Türk Hakanları, “ Budist Rahib” və “Şaman” yetişdirmək üzərə Çin topraqlarına davamlı olaraq casuslar göndərmişlərdir. Çinlilərin İstihbarat fəaliyyətinə qarşı həmləyə keçən Kağanlar, ölkələrinin topraqlarını istifadə edərək Çinə ticarət üçün gedən xarici tacirləri və karvanları da yaxşı istifadə etməyi bacarmışlardırr. Karvanlarla düccarların mal və can əmniyyətini saxlayan Türk dövlət adamları, Çindən davamlı olaraq ən üst səviyyədə istihbarat –kəşfiyyat mahiyyətli xəbərlər almağı başarmışlardır.(28).
Qaraxanlılara qədər Türk istihbaratçılığı əsas olaraq xaricə yönəlik ikən, Qaraxanlılar və Gaznəlilər ilə birlikdə daxilə də yönəlmişdir. İslamiyyət öncəsində Türklərdə iç istihbarat-kəşfiyyat varlığını davam etdirirdi amma, bu tamamən Kağanın konseyini oluşduran bəylərin, liderlərin ya da Kağan ailəsinin ərkək fərdlərini izləmək məqsədli idi.(29). İstihbari bilgilər açısından çox önəmli bir yeri olan xəbər alma təşkilatı Türk –İslam dövlətlərində “Berid Təşkilatı” olaraq adlandırılmaqdadır.
Latincada, “posta heyvanı” mənasına gələn “ veredus”dan gələn berid, daha İslamiyyətin ilk illərindən etibarən, “poçta heyvanı süvari poçtası, dövlət poçtası, poçta mənzili, iki poçta mənzili arasındaki məsafə” mənalarında istifadə edilmişdir.
- yüzildən etibarən İslam coğrafyasına daxil olan Səlçuklular istihbarata önəm vermiş və geniş bir xəbər alma ağı qurmuşlardır. Böyük Səlçuklu Dövlətinin irəli gələnlərindən olan Vəzir Nizamülmülk dövlet yönetimi ilə əlaqədar qələmə aldığı Siyasetname (30)adlı eserinde istihbarat çalışmalarının necə aparılması gərəkdiyindən və istihbarat – dövlət yönətimi əlaqəsinin gərəkliliyindən ətraflıca bəhs etmiştir.(31)
Nizamül-Mülk “Siyasətnamə”də; “hər tərəfə düccarlar, səyyahlar, sufilər, dərvişlər və səyyar satıcı qılığında casuslar getməli və hadisələrin heç bir şəkildə gizli qalmaması, əgər bir şey baş verərsə zamanında çarəsinə baxılması üçün eşitdikləri hər şeyi xəbər verməlidirlər” deyə qeyd edir.(32).
Nizamül -Mülkün “Siyasətnamə ” əsərində həmçinin İstihbarat görəvlilərinin-kəşfiyyatçıların xüsusiyyətləri də bu şəkildə qeyd edilmişdir ; “İstihbaratın-kəşfiyyatın doğru, sürətli, nəticə verici və təsirli ola bilməsi üçün ilk şərt, bu işin zəkalı, qabliyyətli, dürüst və güvənilir insanların vasitəsi ilə aparılmasıdır”. Yəni, bir tərəfdən bütün dövlət görəvlilərinin vəziyyətlərini ,digər tərəfdən xalqın və xarici güçlərin vəziyyətini nəzarətdə saxlamaq və xəbərdar olmaq üçün xüsusi istihbarat-kəşfiyyat görəvlilərinin təyin edilməsi gərəkdiyini söyləmişdir. (33)
Anadolu Selçuklu Dövləti isə Anadoluəda Börü Budun təşkilatı olarak bilinen haber ağını quraraq istihbarat fəaliyyətlərində bulunmuşdur(34).
İstihbarat qavramı günümüzdə toplumumuzda gənəlliklə yalnış anlaşılmaqtadır. Ölkəmizdə istihbarat-kəşfiyyat qavramına işarət edən fəaliyyətlər çoxunluqla gizli operasyonlar və ya fərdlərin kişisəl- şəxsi və özəl mövzuları haqqında gerçəkləştdrilən, elmilik və istihbarat-kəşfiyyatı baxımından keçərliyi olmayan dedi-qodu mahiyyətinde olan olgulardır. Amma istihbarat multidisipliner yəni ciddi və önəmli qanunları olan bir sosial bilimdir. İstihbarat, 50 ildən çoxdur akademik bir qanun olaraq qəbul edilməkdədir.(35)
Məqaləmin sonunda əməkli kəşfiyyat görəvlisiylə etdiyim söhbəti sizlərlə paylaşıram. Həmsöhbətim İlbey.K (bu onun şərti adıdır) ricamı qəbul edərək mənimlə söhbət etdi. Bu səbəndən ona təşəkkür edirəm. Amma mənə şərt qoydu, sadəcə 7 sual verə biləcəyimi dedi. Söhbətimizə sual cavab şəkilində davam etdik:
-Sizə , casus yoxsa ajan deyim, yəni necə müraciət edim?
-Mən sizin, filimlərdə izlədiyiniz Avropalı ,İngilis ajanlardan deyiləm və heç zaman da olmadım. Mən hər türk övladı kimi vətəninə xizmət edən bir Türkəm .Siz şərti adımla müraciət edin.(deyib gülür
-Siz nə kimi kəşfiyyat fəaliyyətlərində olmuşsunuz , bizə bundan bəhs edərmisiniz?
-Məlum olduğu üzrə kəşfiyyatın, siyasi, iqtisadi, ticari, akademik və.s bölümləri vardır. Mən Hərbi kəşfiyyatda fəaliyyət göstərmişəm. Burda əsas olan Türk millətinə, türk dövlətinə qərəzli fəaliyyətdə olan terror təşkilatlarının və quruplarının hərbi həmlələrinə fiziki və zehni tərzdə qarşı qoymaqdır.
-Ailəniz və dostlarınız kəşfiyyatçı olduğunuzu bilirdimi?
-Xeyr, bilmirdilər. Çünki, onlar bunu bir mənalı qarşılamazlardı. Onlar sadəcə dövlət görəvlisi bir hərbiçi olduğumuzu bilməklə kifayətlənirdilər.
-Sizə görə bir kəşfiyyatçı necə olmalıdır?
-Bir kəşfiyyatçı olduqca zəkalı, güçlü yaddaşa sahib olmalı (burda göz yaddaşı və səsə qarşı həssaslıq önəmlidir), fiziki və əqli çeviklik, qərarlılıq, tarixi və gənəl kültür, hüququ bilgisi geniş olmalı və gündəmi ciddi izləməlidir. Texnolojik imkanlardan geniş istifadə etməyi bacarmalıdır.Hər zaman sükunətini qorumalı və ketum olmalı, yəni sirrə, (bu dövlət əhəmiyyətli bilgilər) sadiq olmalıdir. Amma bu xüsusiyyətlərini qarşısındakına hiss etdirməməlidir. Daha sıradan və sadə olduğuna qarşısındakına inanadırmalıdır. Bu özəlliklərə sahib olan vətən sevər, dövlətinə, millətinə , xidmət etmək istəyənlər, dövlətin təşkil etdiyi müxtəlif imtahanlardan keçdikdən sonra kəşfiyyatçı ola bilər.
-Kəşfiyyatçı olmaq üçün xüsusi təlimmi gərəkir, yoxsa hər kəs bu fəaliyyəti yerinə yetirə bilər?
-Sizə öncədən də söylədiyim kimi kəşfiyyatın bölmələri vardır və bu bölmələrdə fəaliyyət göstərənlər öz sahələrini mükəmməl bilməlidirlər. Amma vətənini sevən, dövlətinə, millətinə sadiq hərkəs vətəninə xidmət üçün əldə etdiyi bilgiləri müxbir sifəti ilə gərəkən dövlət orqanlarına bildirə bilər və bu bir növ kəşfiyyat fəaliyyəti olar. Bunun üçün internetdə istihbarat təşkilatının rəsmi saytı vardır və oraya ihbar_xəbər verə bilərlər.
-Əsasən kəşfiyyatçı müxbirlər kimlər olur?
-Bu işdə çox zaman müxbirlər- həkimlər, müəllimlər və səfirlik görəvliləri, bəzən tələbələrdə ola bilir. Burda əsas olan Türk millətinə, dövlətinə qarşı, torpaq bütünlüyünə qarşı ediləcək qərəzli həmlələrin önünü almaq üçün bilgi toplamaqdır.
-Bizlərə necə bir tövsiyyə edə bilərsiniz?
-TÜRK millətinin hər bir vətən övladı bir müxbir olmalıdır. Dünyanın dördbir yanında yaşayan Türklər millətlərini və vətənlərini qorumaq baxımından hər zaman oyanıq olmalıdır.Sizlər bu vətənin övladları və könüllü əsgərlərsiniz!
Söhbətimiz sona yetincə İlbəy.K Azərbaycan Türklərinə çox önəm verdiyini, sevdiyini və eyni qandan olduğumuzdan bəhs etdi. Evində Azərbaycan Türk bayrağı , Türkmən eli və Türkiyə Türk bayrağı ilə Kıbrıs Türk Cümhuriyyətinin bayrağının bərabər olaraq asıldığını söylədi.Yenidən bir daha səmimiyyəti, sadəliyi və verdiyi dəyərli bilgilər üçün İLBəY.K təşəkkür edirəm.
Son olaraq sizlərə bildirmək istəyirəm ki, əslində bizlər hər birimiz bir kəşfiyyatçıyıq, çalışdığımız sahələrdə, dünyanın dörd bir yanında yaşayan türklər olaraq millətimizə qarşı fəaliyyətlərdə olan xüsusui ilə rus, avropalı və fars güclərinə qarşı oyanıq olmalıyıq. Bilirik ki, 40 milyon türkə zülm eədn farslar və İran fars dövlətinin KəŞFİYYATÇILARI müxtəlif hiylələrlə türkləri qətl edirlər. Bunların görüntüləri internet aləmində yayılmışdır və hər kəsin xəbəri vardır. Bu zülmə örnək olaraq fars casusları, gecənin bir saatında qapını çalar və “dövlət əlehinə fəaliyyətdə olmusan” deyərək, Türk millətindən olan insanları sorğuya götürür, geri gətirməzlər.
Sonda ya asarlar ya da körpüdən aşağı itələyərək intahar etdiyini söyləyirlər. Bu hələ harasıdır, çox zaman savadlı Türk memarları, mühəndisləri istifadə edərək kimyəvi silahlar istehsal edirlər və iş bitincə qondarma bir maşın qəzası süsü verərək öldürtürlər. Bütün bu gerçəkləri unutmamalı və oyanıq olmalıyıq!..
İstifadə edilən mənbələr;
- Özdağ, Ü. (2009). Devlet Ve istihbarat. Beykent Üniversitesi Stratejik Araştırmalar Dergisi ,Cilt:1 Num:3 .
2.”İstihbarat Teknikləri”. BİRİNCİ BÖLÜM. ” Kendine Özgü Bir Dünya :İstihbarat Dünyası Terim-Konunun önəmi və Tarihi Gelişimi.
- Özdağ, Ü. (2011). İstihbarat Teorisi. Ankara: Kripto Kitaplar.
- “İstihbarat Teknikləri”. BİRİNCİ BÖLÜM. ” Kendine Özgü Bir Dünya :İstihbarat Dünyası Terim-Konunun önəmi və Tarihi Gelişimi.
- Hamit Pehlivanlı; “Eski Türkler ve Selçuklularda İstihbaratçılık”, Türkler, C.5, Ed. H.C. Güzel, Yeni Türkiye Yay., Ankara 2002, s.279.
6..
- SELÇUKLULARDA İÇ GÜVENLİK Salim KALYONCUOĞLU Yüksek Lisans Tezi Danışman: Yrd. Doç. Dr. İbrahim BALIK Mart,2010 Afyonkarahisar
SELÇUKLULARDA RESMİ HABER ALMA ve İSTİHBARAT TEŞKİLÂTI
- Nurullah Aydın, İşte İstihbarat, İstanbul, Kum Saati Yayınları, 2008,s.91. Walter L. Pforzheimer, CIA’in Tarih Arşivlerinin kurucusu ve Yale Üniversitesi (A.B.D) eski öğretim üyesidir. Pforzheimer’ın anektodunu aktaran Nurullah Aydın bu anektod ile ilgili kaynak belirtmemiştir.
- Erdal Şimşek, Türkiye’de İstihbaratçılık ve MİT, İstanbul, Kum Saati Yayıncılık, 2004, s.12
- Sun Tzu, Savaş Sanatı, (Çeviren: Adil Demir), Kastaş Yayınevi,2008,s.85
- 5 Sun Tzu, a.g.e
- Ayrıntılı bilgi için bkz. Kuran-ı Kerim, Kehf Suresi, 19. Ayet
- Elmalılı Hamdi Yazır Meali, (Erişim Tarihi: 18.02.2013)
- Nurullah Aydın, a.g.e, s.97
- Philippe Henri de Grimoard, Ueber den Dienst des Generalstabs der Armee—Ein freier Augzug aus dem französischen Werke von General Grimoard über denselben Gegenstand, herausgegeben und mit eigen Zufägen begleitet von einem ehemaligen Offizier eines Deutschen Generalstabs, Weimar, im Verlag des H. G. pr. Landes-Industrie Comptoirs, 1810, ss.81–85. den Aktaran ve Çeviren: Rick Sanders, “The French Napoleonic Staff View of HUMINT”, Studies In Intelligence, Cilt 54, Sayı 2, Haziran 2010, s.60.
- Ümit Özdağ, İstihbarat Teorisi, Ankara, Kripto Yayınları, 2011, s.47.
- Abdülkadir Özcan; “Türk Devletlerinde Casusluk”,İslam Ansiklopedisi, C.7., Türkiye Diyanet Vakfı İslam Araştırma Merkezi Yay., İstanbul 1993, s.166.
- Erdal İlter, Milli İstihbarat Teşkilatı Tarihçesi-Milli Emniyet Hizmetleri Riyaseti(M.E.H/M.A.H)(1927- 1965), Ankara, MİT Basımevi, 2002. (Erişim Tarihi: 20.02.2013)
- Pehlivanlı; a.g. m., s.280.
20.Haldun Eroğlu, “Klasik Dönemde Osmanlı Devleti’nin İstihbarat Stratejileri”, Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, Cilt 22, Sayı 34, 2003, s.14.
- Muharrem Ergin, Dede Korkut Kitabı, HİSAR Kültür Gönüllüleri, 2003, s.45. (e-kitap) “
- Tuncay Özkan, MİT’in Gizli Tarihi, Alfa Yayınları, İstanbul, 2003, s.23. den Aktaran: Ümit Özdağ, a.g.e., s.44.
- T.C. ADNAN MENDERES ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ ULUSLARARASI İLİŞKİLER ANABİLİM DALI ULY-YL-2013-0006 .STRATEJİK İSTİHBARAT VE TÜRK DIŞ POLİTİKASI’NA ETKİSİ HAZIRLAYAN Ahmet ATEŞ TEZ DANIŞMANI Yrd. Doç. Dr. Utku YAPICI AYDIN-2013
- 24. DEKİ KAYNAKLA AYNIDIR
- Erdal Şimşek; Türkiye’de İstihbaratçılık ve Mit,Kum Saati Yay., İstanbul 2004, s.13–14
- Pehlivanlı; a.g. m., s.280.
27 . Şimşek; a.g. e., s.15
- Şimşek; a.g. e., s.16.
- Ayrıntılı bilgi için bkz. Siyasetname, Antik Yayınları, 2011, s.80,81,89,94,100.
- Haldun Eroğlu, a.g.m., s.15-16.
- Nizamü’l- Mülk; a.g. e., .(13. Fasıl), s.110
- Çinar ,Bəkir , (1997),Devlet Güvenliği -İstihbarat və Terör ,Sam Yay.,Ankara.
33.Nurullah Aydın, a.g.e.,s.106.
- 1 David Kahn, “İstihbaratın Tarihsel Teorisi”, Avrasya Dosyası, İstihbarat Özel Sayısı, Cilt 8, Sayı 2, Yaz 2002, s.5.
Verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə sayqılar.