“Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb”. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qurumdan verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır: “Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur”. (APA)