Sima:“Hər gün təhqir olunurdum…”
“İşte benim stilim” verilişinin qalmaqallı azərbaycanlı iştirakçısı Sima Şərafətdinova layihədən uzaqlaşıb.
Bu haqda sosial şəbəkədə yazan Sima tez-tez təzyiqlərə məruz qaldığı üçün layihəni tərk etdiyini bildirib:
“Yarışmada məşhur olmaq üçün iştirakçılar üzümə dururdu. Hər gün millətimi təhqir edib, məni mənəvi şiddətə məruz qoyurdular. Mən güclü xarakterə malik insanam. Lakin televiziyada görünəcəm deyə alçala bilmərəm. O yarışmada Azərbaycanı tanıtmaq və birinci olmaq üçün maddi – mənəvi əziyyətlər çəkdim. Hər geyimim özəl hazırlanırdı. Yarışmacılar “Azəri iti birinci olmayacaq” deyirdilər. Birinci olmadım. Həyatda hər şeyə sahib insanam, yaxşı ailəm, təhsilim, əhatəm, insanlığım var. Ordakılar haqqımı yediyi üçün xeyir görməyəcəklər.
Mayın 20-si təhqirlərə dözməyib layihəni tərk etdim və rəhbərliyə bir daha gəlməyəcəyimi dedim. Geri qayıtmağım üçün oradakı komanda çox cəhd etdi, yarışdakılar məndən üzr istəsə də, geri qayıtmayacağımı bildirdim. Çünkü 2 gün sonra hər şeyin yenidən davam edəcəyini bilirdim. Mənim layihədən getməyimi gələn həftə necə izah edəcəklərini bilmirəm. Məni yalançı və xaraktersiz kimi tanıtmaq istəyirdilər. Azərbaycanlıları yalançı kimi qələmə vermək istəyirdilər. Lakin onu unudublar ki, Azərbaycan və Türkiyə qardaşdır, 1 millət, 2 dövlətdir. Mən getdikdən sonra arxamca başqa söhbətlərin olub-olmayacağını hər kəsin vicdanına buraxıram”.