ABŞ prezidentinin ilk dəfə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronla görüşü zamanı əllərini sıxması uzun sürüb.
Brüssel sammitindən əvvəl görüşən liderlərin barmaqları belə ağarmağa başlayıb.
Tramp əlini çəkməyə çalışsa da Makron geri çəkilməyib. Fransa lideri bir neçə saniyə daha Trampın əlini sıxmaqda davam edib. Liderlərin dişlərini qıcadıqları müşahidə edilib.
Tramp 1997-ci ildə yazdığı kitabında özünü mikroblardan qorxan bir insan kimi qələmə verib. “Qayıdış incəsənəti” kitabında müəllif əllərin sıxılmasının aradan qaldırılmasını təklif edib. ABŞ dövlət başçısının ikrahı seçkiqabağı kampaniyaları zamanı azalıb. Bunu onun İsraildən Vatikana qədər Yaxın Şərq turunda da müşahidə etmək mümkün olub. (Amerikanın səsi)