“Vəzifədən sui-istifadə etmək, xalqın malını, sərvətini çapıb-talamaq, millətin övladları barədə bilərəkdən saxta ittihamlarla qanunsuz hökmlər çıxatmaq da vətənə xəyanətin bir növüdür “
Ramiz TAGIYEV
Tanrı bizi daha dəhşətli xəyanətlərdən qorusun!
Vətənə xəyanət alçaqlıgın, əclaflıgın, nakişiliyin son həddidir. Bəs harada dogulur, yetişir, qol-qanad açır bu iyrənc məxluqatlar… İndi, bu sual əksəriyyətimizi düşündürür. Ordumuzdan sızan xəyanət xəbərləri barədə ətraflı bilgimiz olmasa da, eşitdiklərimiz belə dəhşət yaşadır. Əlbəttə, mən, tələm-tələsik kimlərisə xəyanətkar adlandırmaq fikrindən çox uzagam. Baş verənlər ciddi araşdırılmalı, obyektiv hüquqi qərar verilməlidi. Başına gələn boşuna danışmaz zənnimcə. Barəmizdə o qədər ədalətsiz hökmlər, qərarlar verilib ki, doğrusu, ölkənin istintaq orqanlarına, məhkəmələrinə də güvənim qalmayıb… Ədalət olmayan cəmiyyət isə xəyanətlərlə zəngin olur. Vəzifədən sui-istifadə etmək, xalqın malını, sərvətini çapıb-talamaq, millətin övladları barədə bilərəkdən saxta ittihamlarla qanunsuz hökmlər çıxatmaq da vətənə xəyanətin bir növüdür elə. Belə ədalətsizliklər cəmiyyətdə tarazlıgı pozur, vətəndaşlatın öz dövlətinə, Vətəninə inamını sarsıdır. Vətəni üçün canlarını fəda etmiş insanlar təqib edilərək, xəstəhal, gün çörəyinə möhtac yaşamaga məhkum edildikcə , onların taleyi digər vətənsevərləri də ruhdan salır, bədbinləşdirir. Millətsevər, Vətənsevərlər küncə sıxıldıqca, meydan yaltaqların, psevdovətənçilərin, üzəduranların, işverənlərin əlinə keçir. Bu da onlae üçün, sözün əsl mənasında, varlanmaq mənbəyinə – çörək agacına çevrilir. Sovet dövrünü xatırlayanlar yaxşı bilirlər ki, ötən əsrin 30-40-cı illərində Pavlik Morozovlar yetişdirib cəmiyyətə qəhrəmanlar kimi sırıyırdılar. Pavlik Morozov pioner olaraq atasının, dayısının, babasının üzünə yalandan durmaqla güllələnmələrinə səbəbkar olmuşdu. Nəticə olaraq, həmin illərdə üzəduran qəhrəmanların sayı “yagışdan sonrakı göbələk”lər kimi çoxalmışdı. General Vlasov öz ordusuyla sovetlərə xəyanət edib, faşistlərin tərəfinə keçmidi. Rusların sırasından bir çoxları polisay kimi faşistlərə xidmət göstərmişdilər.1937-ci ildə Stalin tərəfindən repressiyaya məruz qalmış babam Zeynal kişi isə, Kazaxıstan çöllərində çalışaraq, 5 il ərzində əməkhaqqını müharibə fonduna keçirmişdi. Sürgündə orden və medallara, həmçinin Qırmızı Əmək Bayragı Ordeninə layiq görülmüşdü. Çünki inamını itirməmişdi, ədalətin nə zamansa bərpa olunacagına inanmışdı. Sizə də Əziz Dostlarım hər zaman Vətən və Millət sevgisi arzulayıram. İnanmaq istərdim ki, bir daha xəyanət xəbərləri eşitməyəcəyik. Ədalətli cəmiyyətdə yaşamaq ümidiylə…