Tansu Çillər məhkəməyə məcburi gətiriləcək

0
4

Türkiyənin keçmiş baş naziri Tansu Çillərin iyulun 18-də keçiriləcək məhkəməyə məcburi gətirilməsinə qərar verilib.

Axar.az xəbər verir ki, bu haqda Ankara 5-ci Ağır Cəza Məhkəməsi qərar çıxarıb.

O, məhkəmədə zərərçəkmiş şahid qismində iştirak edəcək.

Qeyd edək ki, 28 fevral 1997-ci ildə Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Hərbçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar ediblər. Həmin vaxt Tansu Çillər Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb.