Tarixin qan yaddaşı

0
31

Tarixin qan yaddaşı

Sadıq Zeynal oğlu Sadıqov 1934-cü ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. Uzun illər milis orqanlarında çalışmış S.Sadıqov 1981-86-cı illərdə Naxçıvan MR-ın Daxili İşlər naziri vəzifəsinə yüksəlmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 15 mart 1996-cı il tarixli “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikası Qanunu” imzalandıqdan sonra, Azərbaycan xalqına qarşı müntəzəm törədilmiş və bu günə qədər qaranlıq, geniş tədqiq olunmamış, yaxud qismən tədqiq olunaraq şəxsi arxivlərdə əlyazması şəkilində saxlanılan, ictimaiyyətə naməlum qalan Azərbaycan türklərinin soyqırımına, repressiyalarına dair qiymətli sənədlərin, faktik materialların sürətlə üzə çıxamasına, bir daha yeni coşqunluqla öyrənilməsinə, dərc edilməsinə münbit imkan, şərait yaranmışdır. İstefada olan polis polkovniki Sadıq Sadıqov ömrünün uzun illərini erməni-rus birliyinin xalqımıza qarşı apardığı soyqırım, repressiya tarixini tədqiq etməyə həsr etmiş, minlərlə Azərbaycan övladının bəraət almasına yardımçı olmuşdur. Ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq 80 yaşında olmasına baxmayaraq Sadıq müəllim ömrünün sonuna qədər yorulmadan çalışmış, tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirməklə, gələcək nəsillərə əzəli düşmənlərimizi bir daha tanıtmağa çalışıb. Ölkəmizdə bütün fəxri adlara, yüksək imtiyazlara layiq görülərək, yalan, böhtan uydurma yazılarıyla xalqımıza xəyanət edən Əkrəm Əylislidən fərqli olaraq, Sadıq Zeynal oğlu Sadıqov yalnız tarixi sənədlərə, arxiv materiallarına və şəxsən şahid olduqlarına istinad edərək, erməni qəddarlığını, riyakarlığını ifşa edə bilmişdir. “Tarixin qan yaddaşı” adlı əsərin tədqiqatçı yazarın imkansızlığı ucbatından az tirajla işıq üzü gördüyünü nəzərə alıb, əsəri hissə-hissə qəzetimizdə dərc etməyi lazım bildik. Sevindirici haldır ki, Sadıq müəllimin “Tarixin qan yaddaşı” adlı üç cildlik əsəri Kazaxıstanda böyük tirajla nəşr edilmiş və həmin ölkədə yaşayan bütün azərbaycanlıların ailə kitabına çevrilmişdir. Qeyd edək ki, Sadıq Sadıqov 80 yaşında uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin iyul ayında vəfat edib.

Lalə Ramizqızı

28 May 1920-ci ildən 1950-ci illərədək Azərbaycanda siyasi repressiyanın bəzi məsələləri .

1937-1942-ci illllərdə Qazaxıstana sürgün edilmiş repressiya qurbanı olan ailələrin siyahısı

(Əvvəli ötən saylarımızda)

Noraşen (Şərur, Sədərək) rayonundan Qazaxıstana sürgün olnumuş repressiya qurbanlarının
Siyahısı

Vayxır kəndi

85.İsmayılov Əli Nəcəf oğlu 1882-ci ildə doğulmuşdur; qızları Bəsti 16 yaşında, Alin 13 yaşında, Nərçin 6 yaşında, qardaşı qızı Xanımzər 7 yaşında, oğlu Hidayət 2 yaşında, arvadı Xırda 48 yaşında; 21 iyul 1942-ci ildə sürgün edilmişlər.
86.Məmmədov Əli Hümbət oğlu 1907-ci ildə doğulmuşdur; arvadı Polina Stepanovna Petrova 27 yaşında; 21 iyul 1942-ci ildə sürgün edilmişlər.

Qıvraq kəndi

87.Əliyev Əli Səfər oğlu 1900-cü ildə doğulmuşdur; arvadı Xumar Əmirəli qızı 30 yaşında, qızı Zeynəb 9 yaşında, oğlanları Heydər 7 yaşında, Səttar 5 yaşında, Qədir 2 yaşında, 21 iyul 1942-ci ildə sürgün edilmişlər.
88.Qafarova Dəstəgül Yasəmən qızı 1909-cu ildə doğulmuşdur; oğlu Müzəffər 1 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Diyadin kəndi
89.Məmməd İbrahim oğlu 1898-ci ildə doğulmuşdur; oğlu Qəhrəman 10 yaşında, qızı Səkinə 8 yaşında; 19 noyabr 1938-ci ildə sürgün edilmişlər.
90.Məmmədova Nərgiz Həsən qızı 1897-ci ildə doğulmuşdur; qızları Zəroş 11 yaşında, Gülşən 3 yaşında, oğlanları Şəmil 12 yaşında, Məhərrəm 7 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Kürdçülər kəndi

91.Həsənov Ağababa Nəcəf oğlu 1884-cü ildə doğulmuşdur; arvadı Gülbər Mehdi qızı 1902-ci ildə doğulmuşdur; qızları Fatma 1931-ci ildə, Ruqiyyə 1935-ci ildə, Zara 1935-ci ildə doğulmuşlar; 21 iyul 1942-ci ildə sürgün edilmişlər.
92.Hüseynov Məşədi Məmməd bəy Nəsrulla oğlu 1908-ci ildə doğulmuşdur; arvadı Zəhra İsmayıl qızı 1902-ci ildə doğulmuşdur; arvadı Zəhra İsmayıl qızı 1902-ci ildə doğulmuşdur; anası Zeynəb Həsən qızı 1876-cı ildə, qardaşı Əziz Nəsrulla oğlu 1909-cu ildə, qardaşı arvadı Sura Məşədi Məmməd qızı 1914-cü ildə doğulmuşlar, oğlu Heydərəli 1 aylıq, qardaşı qızı Həvva Əziz qızı 5 aylıq; 15 may 1937-ci ildə sürgün edilmişlər.

Xok kəndi

93.Hüseynəliyeva Səriyyə Ələsgər qızı 1892-ci ildə doğulmuşdur; qızları Fatma 1902-ci ildə, Matı 12 yaşında, oğlu Məhəmməd 14 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.
94.Hüseynəliyeva Tərlan Nağdəli qızı 1907-ci ildə doğulmuşdur; 24 oktyabr 1937-ci ildə sürgün edilmişdir.

Qaraburdu kəndi

95.Abdullayeva Məsma 1907-ci ildə doğulmuşdur; oğlanları Aqoş 7 yaşında, Şükür 4 yaşında, qızı Lətifə 3 aylıq; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Alaqlu kəndi

96.Mustafayev Əsəd İsmayıl oğlu 1902-ci ildə doğulmuşdur; arvadı Nazlı 35 yaşında, oğlu Mustafa 12 yaşında; 20 noyabr 1937-ci ildə sürgün edilmişlər.

Ağayar kəndi

97.Əhmədov Əli Avdo oğlu 1878-ci ildə doğulmuşdur; arvadı Zeynəb Nado qızı 1891-ci ildə doğulmuşdur; oğlu Sabir 1925-ci ildə, qızı Təbğər 1932-ci ildə doğulmuşlar; 11 may 1937-ci ildə sürgün edilmişlər.

Qobulu kəndi

98.Nəftəlimova Mirəstə Məhəmmədəli qızı 1883-cü ildə doğulmuşdur; qızı Telli 4 yaşında, oğlu Gülyət 1 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Xoylu kəndi

99.Hüseynova Teylan Nağdəli qızı 1907-ci ildə doğulmuşdur; 20 noyabr 1937-ci ildə sürgün edilmişdir.

İbadulla kəndi

100.İbrahimova Nazənin Hüseyn qızı 1902-ci ildə doğulmuşdur; oğlu Fərman 11 yaşında, qızı Kitoni 7 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Dənzik kəndi

101.Vəkilov Həsən Sultan oğlu 1893-cü ildə doğulmuşdur; arvadı Sona İsmayıl qızı 1902-ci ildə doğulmuşdur; qızı Maya 1940-cı ildə doğulmuşdur; 21 iyul 1942-ci ildə sürgün edilmişlər.

Düdəngə kəndi

102.Həsənov Cəfərəli Həsən oğlu 1901-ci ildə doğulmuşdur; arvadı Fatma Məhərrəm qızı 1924-cü ildə doğulmuşdur; oğlu Kərim 1929-cu ildə, qızları Fatma 1931-ci ildə, Maral 1934-cü ildə, Durna 1940-cı ildə doğulmuşlar; 21 iyul 1942-ci ildə sürgün edilmişlər.

Baş Noraşen kəndi

103.Hüseynov Əbdülhüseyn Həsən oğlu 1888-ci ildə doğulmuşdur; arvadı Fatma 40 yaşında, qızları Səfiyyə 10 yaşında, Səkinə 7 yaşında; 20 noyabr 1938-ci ildə sürgün edilmişlər.

Dərvişlər kəndi

104.Mirzəyev İbrahim Əziz oğlu 1909-cu ildə doğulmuşdur; arvadı Şərabəyim 45 yaşınd; qızları Bilqeyis 6 yaşında, Leyla 13 yaşında, oğlanları Cəmil 2 yaşında, Cəlil 6 yaşında; 20 noyabr 1938-ci ildə sürgün edilmişlər.

Parça kəndi

105.Qafarov Həbib Məşədi Məmməd oğlu 1902-ci ildə doğulmuşdur; arvadı Zəhra Həsən qızı 20 yaşında; 11 may 1937-ci ildə sürgün edilmişlər.

Ulya Noraşen kəndi

106.Simonyan Purtel Xaçaturoviç 1892-ci ildə doğulmuşdur; arvadı Astrik Sumbatovna 42 yaşında, qızları Şuqik 8 yaşında, Kartuş 14 yaşında; 11 may 1937-ci ildə sürgün edilmişlər.

Keştaz kəndi

107.Məmmədov Qurban Əli oğlu 1913-cü ildə doğulmuşdur; arvadı Nərgiz 30 yaşında, qızı Lətifə 2 yaşında; 20 noyabr 1938-ci ildə sürgün edilmişlər.

Alışar kəndi

108.Hüseynov Nərgiz Hüseyn qızı 1889-cu ildə doğulmuşdur; qızı Ərus 12 yaşında; 15 dekabr 1937-ci ildə sürgün edilmişlər.

Yurtçu kəndi

109.Rzayeva Xeyransa Hacı Mütəllim qızı 1902-ci ildə doğulmuşdur; oğlu Rzayev Məmməd Məşədi Əli oğlu; 23 avqust 1937-ci ildə sürgün edilmişlər.
110.Vəkilov (Sultanov) Əşrəf bəy Sultan oğlu 1891-ci ildə Ermənistanın Keştaz rayonunun Küvə kəndində doğulmuşdur. Nax. MSSR, Noraşen rayonunun Danzik kənd kolxozunun üzvü olub. Arvadı Həcər Hüseyn qızı 1891-ci ildə doğulmuşdur; oğlanları Zahid 1923-cü ildə, Məmməd 1929-cu ildə doğulmuşlar; 11 may 1937-ci ildə sürgün edilmişlər.
İmkanımız olmadığı üçün Noraşen-Şərur, Sədərək rayonlarında daha 447 ailə haqqında topladığımız fakta söykənən materialları bu kitaba daxil edə bilmədik. Sağlıq olsun, inşallah, bu serialın növbəti cildlərində həmin rayonlardan repressiyaya məruz qalmış unudulmaz yurddaşlarımız haqqında tam və dolğun məlumat verməyə səy göstərəcəyik.
Heç kim və heç bir faciə unudulmayacaq.

Son

LEAVE A REPLY