“Ermənilər müharibəyə başlamaq və hücuma keçmək istəsələr…” –Generaldan xəbərdarlıq

0
4

“Ermənilər həmişə cəbhə xəttində müxtəlif təxribatlar törədiblər, bu, ilk deyil. “OSA”nın ön xəttə çəkilməsinə gəlincə, bunun o dərəcədə də əhəmiyyəti yoxdur”. 

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Son günlər ermənilərin cəbhədə aktivləşməsinə diqqət yetirən general bildirib ki, onların genişmiqyaslı müharibəyə başlayacağı inandırıcı görünmür:

“”OSA” yaxın mənzilli zenit-raket kompleksidir və onun ön xəttə çıxarılması hələ ermənilərin hücuma hazırlaşması demək deyil. Ermənilər müharibəyə başlamaq və hücuma keçmək istəsələr, bunun üçün hansısa istiqamətdə mütləq qüvvələrin cəmləşməsini aparmalıdırlar. Amma belə bir cəmləşmə olsa, ikinci eşelonu irəli çəksələr, dərhal bizim Müdafiə Nazirliyi bundan xəbər tutacaq. 

Bunu aşkar etmək üçün Ordumuzda kifayət qədər kəşfiyyat və digər vasitələr var. Ona görə də düşmənə adekvat və hətta ondan da artıq cavab veriləcək və onların hücum niyyəti yerindəcə dəf ediləcək. Amma onlar ara-sıra təxribat törətməklə davam edəcəklər. Ordumuz buna hazır olmalıdır, hazırdır da və paylarını da lazımınca verəcək”. 

Milli.az