Bu ölkədə örtünənlər və Quranı pulsuz paylaynlar cərimələnəck- 150 avro

0
4
Avstriya parlamenti çadra, niqab və digər örtülü geyimlərdən istifadə edənlərin, həmçinin “Quran”ı pulsuz paylayanların cərimələnməsi barədə qərar qəbul edib.

Qərara əsasən, bu ilin oktyabrından etibarən qadağanı pozanları 150 avro cərimə gözləyəcək.

Eyni zamanda qaçqınlar və miqrantlar bu ölkədə sığınacaq ala bilmək üçün bir il inteqrasiya kurslarına getməlidirlər. Kurslarda onlara alman dili tədris olunacaq və Avstriya cəmiyyətinin dəyərlərindən bəhs ediləcək.

Qaçqınların üzərinə ictimai işlərdə təmənnasız iştirak öhdəliyi də qoyulacaq. Buna əməl etməyənlər isə sosial güzəştlərdən məhrum ediləcək.

Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastian Kurts bildirib ki, miqrantlar yalnız bu yolla Avstriya cəmiyyətinin hörmətini qazana bilərlər.

İnteqrasiya tədbirləri hökumətə hər il 200 milyon avroya başa gələcək(azadliq.info).