[b]19 May tarixinin məlum və naməlum qəhrəmanları – FOTOLAR[/b]

0
6

19 May tarixinin məlum və naməlum qəhrəmanları – FOTOLAR

Binəqədi rayonunda baş verən dəhşətli yanğın hadisəsinin faciəvi sonluğu daha ağır ola bilərdi. Əgər bu faciədə insan itkisinin sayının daha çox olmasını əngəlləyən dövlət qurumlarının, o qurumlarda çalışan, həyatını təhlükəyə atıb hadisədə zərərçəkənlərin dadına çatan soydaşlarımız olmasaydı. Məhz Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının, eyni zamanda bəzi sıravi insanların fədakarlığı nəticəsində daha çox itkinin qarşısı almaq mümkün oldu.

Modern.az saytı 19 may yanğınının məlum və naməlum qəhrəmçanlarını fotolarda təqdim edir:

4 adamı xilas edərək zəhərlənən polis işçisi Şahin Qocayev

Binada baş vermiş güclü yanğın zamanı Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfəri xilas edib.
Polis 4-cü sakini – zərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən götürüb, alovun, tüstünün içərisindən çıxararaq, pilləkənlərlə endirib. Lakin hər ikisi tüstüdən zəhərləndiyindən, binanın blokunda huşunu itiriblər.
Polis əməkdaşı Şahin Qocayev və tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Ş.Qocayev yalnız xəstəxanada özünə gəlib. Ayılarkən isə ilk soruşduğu xilas etdiyi gəncin aqibəti olub.

Xilasetmədə əl-ayağını yandıran sıravi fəhlə

Onun adı Kamran Babayevdir. Yanğın baş verən binanın yaxınlığında fəhlə kimi çalışır. Yanğın zamanı könüllü olaraq yanan binaya daxil olub, 2 uşaq meyiti çıxarıb. Hadisə zamanı əllərindən və ayaqlarından ciddi yanıq xəsarətləri alıb. Lakin Kamran özü üçün yardım istəmir, istəyi ancaq sakinlərin evlə təmin olunmasıdır! O, çətinliklə 2 uşaq meyitini çıxarmaqla yanaşı, 4 ailəni də xilas edib.

Xüsusi fədakarlıq göstərən İlqar Nəsibov

Bu FHN zabiti binada çətin vəziyyətdə qalan xeyli sakini xilas edib.

Fotoda gördüyünüz zabitin xilas etdiyi şəxslər daha çox hündür mərtəbələrdə çıxılmaz vəziyyətdə qalan sakinlər olub. Zabit sosial şəbəkələrdə də fədakarlığına görə təqdir olunur.

Bu fotodakı qəhrəman Arif Ağahüseynov

Sosial şəbəkələrdə ən çox təqdir olunan və yanğının bütün dəhşətini özündə göstərən, əlində su şüşüəsi ilə alovdan çıxdıqdan sonra yanğısını söndürmək istəyən əməliyyatçı Arif Ağahüseynov. Onun da başqa həmkarları kimi xidmətləri danılmazdır.

Yanğınsöndürənə kömək edən sürücü Samir Hüseynov

Sudaşıyan maşın sürücüsü Samir Hüseynov öz şəxsi maşını ilə çətinlik bahasına olsa da, yanğınsöndürən maşınlar üçün su daşıyıb.

Qəhrəman polis

Fotoqraf Orxan Əzimin “ASSOCİATED PRESS” agentliyi üçün çəkdiyi bu foto “The Times”, “The Guardian”, “The Huffington Post” və s. nüfuzlu nəşrləri tərəfindən “Günün fotoları” rubrikasında dərc olunub. Fotodakı azərbaycanlı polis çavuşunu isə Britaniya və ABŞ mediası “Qəhrəman polis” adlandırıb.

Yanğınsöndürən Xətayi Şahverdiyev

Daha bir fədakar şəxs Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Xətai Şahverdiyevdir.
14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edib. Əynindəki hərbi paltarını, əleyhqazı ona verdiyi üçün özü zəhərlənib, qolundan xəsarət alıb, amma xilas edə bilib.

Hələ adlarını bilmədiyimiz digər fədakarlıq göstərən şəxslər var ki, onları fotolarda təqdim edirik.

LEAVE A REPLY