Qanunsuzluqdan doğan faciəmiz!

0
4

Qüdrət Əzizov

Qanunsuzluqdan doğan faciəmiz!

İnsan başına gələcəklərdən heç vaxt sığortalanmayıb. Dünən bir daha bunun şahidi olduq. Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binası yanaraq külə döndü. Bu hadisə bize yad deyil. Daha öncə Zığ şosesində yerləşən binanın da eyni səbəbdən yanmasının şahidi olduq. Lakin görünən odur ki, hələ də bəzi məhsul şəxslər bundan öz nəticələrini çıxartmayıblar. Eyni ilə həmin üzlükdən olan bina qısa bir zamanda adi qığılcımdan alışdı və bütün binanı cənginə aldı. Yanğın bir göz qırpımında binaya yayıldığından xeyli insan evlərində köməksiz qalmısdı.

Dostumla həmin ərazidən təsadüfən keçirdik. Bina yanmağa başlayan zaman bir neçe yol polis işçisi vardi ərazidə, dərhal lazımi yerlərə xəbər verildi və əllərindən gəldiyi qədər kömək etməyə başladılar. Mən dostumla birgə binaya daxil oldum və hər birimiz altı nəfər şəxsi xilas edə bildik. İçəridə tüstüdən, hisdən göz gözu görmürdü, nəfəs almaqda çətinlik çəkirdik və az qala boğulacaqdıq .Hadisə yerinə isə hələ də yanğın söndürən və xilas edicilər gəlib çatmamısdı. İnsanların çoxu pəncərədən əlacsız kömək istəyirdilər. Lakin heç kim binaya daxil ola bilmirdi və əlacsız xilas ediciləri gözləmək məcburiyyətində idik. Nəhayət yanğın söndürənlər, xilas edicilər, təcili tibbi yardım maşınları gəldi və dərhal işə başladılar. Yanğın o qədər güclü idi ki, yanaraq ölməkdən qorxan cavan bir oğlan özünü səkkizinci mərtəbədən aşağı atdı və yerindəcə keçindi. Daha sonra bir xilasedici özüylə bərabər 5-6 nəfəri xilas edə bildi və bu zaman özü zəhərlənərək yerə yıxıldı. Mən bütün bu dəhşətləri yazmağa belə çətinlik çəkirəm. Həmin xilasedici ayaqda güclə durmasına rəğmən yenə içəri qaçmaq, yenə xilas etmək istəyirdi. Bu cür insanlar həqiqətən də qiymətləndirilməlidir. Təsəllini ancaq onda tapa bilərik ki, millət olaraq dar gündə çiyin-çiyinə verə bilirik. Yanğın hadisəsi zamanı orda olan insanların hamısı bir yumruq kimi birləşmişdi.

Çöldə ailəsinin xilas olmasını gözləyənlər nələr çəkirdi təsəvvür belə etmək olmaz. Onların qışqırıqları polis, xilasedicilərdən kömək istəmələri dəhşətli bir mənzərə idi. Polislərlə sakinlər arasında qısa müddət olsa da, qarşıdurma yarandı və binadakı şəxslərin tez xilas edilməməsində xidməti şəxsləri günhlandırırdılar Düzdü, həmin vaxt insan özündə olmur, nə etdiyini bilmir. Amma məsələyə vicdanla yanaşmaq lazımdır. Belə ki, faciə yerində Fövqəladə Hallar Nazirliyi xilasedicilərinin canla-başla içəridə köməkiz qalan insanları xilas etmələrinin şahidi olduq. Xilasedicilərdən bəziləri boğulmaq səvviyyəsində olsalar belə, yenidən binaya qayıdır və daha çox insanı qurtarmağa çalışırdılar. Onların bu xidmətlərini görməzlikdən gəlmək ən azından vicdansızlıq olardı.

Amma binanın yanmasına gəlincə, burda səhlənkarlıq, məsələyə vaxtında lazımi diqqəti göstərməmək ön plana çıxır. Mən daha öncə öz yazılarımda bu mövzuya toxunmuşdum. Təəssüf ki, məsələyə lazımi diqqəti görə bilmədik. Ümidvaram ki, bu faciədən sonar istifadəyə yararsız üzlüklərlə bağlı ədalətli qərar veriləcək. İnsanların həyatına bu cür dırnaqarası yanaşmaq olmaz. Üstü bəzək, altı təzək binalarda sakinlər sanki atəş topunda yaşayır. Bu tip binaların üzlükləri gecikdirilmədən sökülməli və standartlara cavab verən materiallarla üzlənməlidir. Məsələyə lazımi müdaxilə edilməzsə, qarşıda başımıza daha böyük faciələr də gələ bilər. Xeyli insanın evsiz qalması, daha byük insan təlafatları ilə nəticələnir ki, bunun nəticələri çox pis qurtarır.

Bizlər bir daha bu hadisələrlə qarşılaşmamaq üçün məhsul şəxslərdən yalnız bir xəbəri gözləyirik ki, bu üzlüklər sökülsün. Çünki öz yaxınlarımızı itirmək istəmirik, evsiz qalmaq istəmirik. Düzdür, insan təlafatı olan yerdə ev, əşyalar yada düşmür, amma yenə də bunlar göz qabağında olmalıdır. Sadəcə gözləyək görək məsələnin sonu necə yekunlaşır. Ölənlərə Allahdan rəhmət, yaralananlara isə Allahdan şəfa diləyirik.

LEAVE A REPLY