İslamiadada qalib gələn idmançı və məşqçilərinə pul mükafatı veriləcək –Sərəncam

0
6
Prezident İlham Əliyev bu gün İslamiada ilə bağlı sərəncam verib.

Milletim.info xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edilib:

Bununla da birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.