ABŞ prezidenti Donald Tramp və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında görüş bu gün baş tutacaq.
Trend-in məlumatına görə, prezident administrasiyasının yaydığı xəbərə görə, görüş Ağ Evdə yerli vaxtla səhər saat 10:30-da mətbuata qapalı keçiriləcək.
Görüşün və danışıqların detalları barədə əlavə məlumat verilməyib.
ABŞ-a səfəri çərçivəsində daha sonra S.Lavrov Alyaskada amerikalı həmkarı Reks Tillersonla da görəşəcək.