Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb.
Hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər.
Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report