700 bal toplamış abituriyent növbəti imtahana da gedəcəkmi?

0
6

IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş ilk qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də 287 nömrəli “Zəkalar” liseyinin 11-ci sinif şagirdi Nemət Yusifovdur.

Virtualaz.org-un əməkdaşı rekordçu yeniyetmə ilə görüşərək, onunla söhbət edib.

– İmtahana necə hazırlaşırdınız?

– Xüsusi sistemim yox idi. Vaxtımdan səmərəli istifadə edərək hazırlaşırdım.

– Bəs əslində neçə bal gözləyirdiniz? 700 bal toplayacağınıza inanırdınızmı?

– Təbii ki, yüksək nəticə əldə edəcəyimə inanırdım, lakin 700 haqqında heç düşünməmişdim.

– May ayının sonunda keçiriləcək sınağa, yəqin ki, bilet almısınız. İştirak etməyi düşünürsünüz?

– Məncə, sınaqlara bu baldan sonra ehtiyac yoxdur.

– Bəs iyul ayında keçiriləcək ikinci imtahana gedəcəksiniz?

– İnsanda şans bir dəfə olur, nəticəmi korlamamaq üçün getməyəcəyəm.

– Sizcə, qəbul imtahanına hazırlaşmaq üçün yalnız məktəbdə qazanılan biliklər kifayət edir?

– Mümkünsüz heç nə yoxdur, amma repetitorsuz çox çətin olardı.

– Hansı ixtisasa yiyələnmək istəyirsiniz və nə üçün?

– Həkimlik, çünki bu işi bacaracağıma inanıram.

– Gələcəyin həkimi kimi, ölkənin səhiyyə sistemində hansı dəyişikliyi etmək istərdiniz?

– Yəqin ki, həkimlərin insanlara yanaşma tərzini dəyişərdim.