Ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb –Gəncədə çok hadisə

0
7
Gəncə şəhərində ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı”adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı – 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır