Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq xəsarət alıb.
“Milletim.info”-nun “Report”a istinadən məlumatına görə, hadisə şəhərdə Dəmir-Beton Məmulatları zavodunun həyətində yerləşən məcburi köçkün Rahib Məmmədlinin müvəqqəti yaşadığı evdə qeydə alınıb. Ehtiyatsızlıq nəticəsində ailənin 2014-cü il təvəllüdlü övladı Məmmədli Ömər Rahib oğlunun üzərinə yeməklə dolu qaynar qazan aşıb. Hadisə nəticəsində azyaşlı uşaq kürək və sarğı nahiyələrindən birinci dərəcəli yanıq xəsarətləri ilə Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Uşaq təcili əməliyyat olunub.
Şöbədən verilən məlumata görə, xəstənin vəziyyəti kafidir.