Fransanın yeni prezidenti Emmanuel Makron:Rotşildlərin və Bilderberq klubunun yetirməsi – Siyasi portret

0
9

Fransada prezident seçkilərinin dünən keçirilmiş ikinci turunun yekunlarna əsasən Beşinci Respublikanın səkkizinci prezidenti seçilmiş Emmanuel Makron 1977-ci il dekabrın 21-də anadan olub.

Nevrologiya professoru və tibb elmləri doktorunun oğlu Emmanuel Parisdə siyasi araşdırmalar İnstitutunu və Milli administrasiya məktəbini bitirib. 1999-2001-ci illərdə məşhur fransız filosofu Pol Rikerin köməkçisi və 2006-2009-cu illərdə Sosialist Partiyasınınn üzvü olub.

 

Baxışları

 

Makron Avropasevər və qatı atlantçıdır. Angela Merkel tipli çağdaş siyasətçilərin əksərindən fərqli olaraq açıq qapılar siyasətinin tərəfdarıdır. Xüsusi xidmətlər, ordu və polisin maliyyəsinin artırılmasını dəstəkləyir. Terrorizmə qarşı mübarizənin sərt tərəfdarıdır. Möminlərin öz dini hisslərini aşkar şəkildə sərgiləməyini qətiyyən və sərt şəkildə  xoşlamır, amma möminlər üçün qüvvədə olan qanunları hədsiz dərəcədə qəddar sayır. Bir neçə il əvvəl ənənəçi katolik idi.

 

Siyasi mövqeyi

 

Makron xarici siyasətdə Martin Şultsun AFR kansleri seçiləcəyi halda onunla əməkdaşlığa hazır olan Avropa federalçısıdır. Xarici yatırımların məhdudlaşdırılması uğrunda çıxış edir, AB ilə Kanada arasındakı ticarət sazişini dəstəkləyir. Fəlsətin dövlətinin tanınmasını müdafiə etmir. 2016-cı il aprelin 6-da “nə sağçı, nə də solçu” adlandırdığı “İrəli” (“En marche”) mütərəqqi hərəkatı yaradıb. O, heç bir seçkidə namizəd irəli sürməmiş bir hərəkat qurub.

Makron 2016-cı il noyabrın 16-da 2017-ci il prezident seçkilərinə qatılacağını elan edib və dərhal bestsellerə çevrilmiş “İnqilab” (“Révolution”) proqram-kitab çap etdirib.]

Şəxsi həyatı

 

Amma namizədin bioqrafiyasında ən maraqlı səhifələrdən biri şəxsi həyatıdır. O, 2007-ci ildə otuz yaşında özünün keçmiş fransız dili müəlliməsi, ondan 24 yaş böyük olan və orta məktəb dövründən vurulduğu Bricit Tronye ilə ailə qurub.

Şübhəsiz, bu qadın namizədin prezidentlik yolunda ən məşhur yol yoldaşıdır. Cütlüyün ictimaiyyət içində ilk dəfə birgə görünməyi 2015-ci il iyunun 2-də İspaniya kralı Felipe və xanımı ilə rəsmi nahar vaxtı baş verib. O zaman hələ iqtisadiyyat naziri olan Makron 56 yaşlı arvadı Bricit Tronye ilə fotokameralar üçün poza verib.

Onların sevgi tarixçəsi cəmiyyətdə qızğın müzakirə olunub. Bricit Makrona fransız dili və teatrına sevgi aşılayıb. Cütlüyün münasibəti başlanarkən Bricit buna son qoymaq istəyib, Makron isə cavab verib: “Nə edirsiniz, edin, sizinlə ailə quracağam!”

O, sözünün üstündə durub. Onların sevgisinin tarixi geniş məlumdur, cütlük şəxsi həyatın təfərrüatını gizli saxlayır. Tronyenin əvvəlki nikahdan üç böyük uşağı və artıq altı nəvəsi var. Makronun öz övladı yoxdur, buna görə də Sebastyan, Lorans və Tifen Tronyelərə çox bağlıdır.

Fransız dili müəlliməsi Bricit Amenyedə yaxşı nüfuzu olan və makaronları ilə ad çıxarmış böyük şokoladçı ailəsində doğulub. Fransanın VSD dərgisinin 2015-ci ildə yazdığı kimi, “bu, soyadını şəhərə girərkən məşhur makaron və şokolad reklamlarında görmək mümkün olan burjuaziya ailəsidir”.

Cütlük asudə vaxtını artıq 15 ildən çoxdur sahibi olduğu və ailə qurduqları villanın yerləşdiyi Tukda keçirir.

Bricit martın 8-də “İrəli!” partiyasının toplantısında əri ilə yanaşı səhnədə olub, onun dodaqlarından öpüb və hətta bir neçə söz deyərək iştirakçıları şoka salıb.

Makron dəfələrlə bildirib ki, xanımı onun kampaniyasında başlıca rol oynayır, gələcəkdə isə, ola bilsin,Yelisey sarayında da əsas sima olacaq. Makron çoxdan qət edib ki, siyasi karyerasını “çox şeyə görə borclu olduğu” xanım ilə bölüşsün. Makronun sözlərinə görə, siyasətçi və şəxsiyyət kimi formalaşmasında məhz bu qadın həlledici rol oynayıb. Bununla belə, Bricit Makron siyasi xadim olmağa hazırlaşmır. O, sadəcə, ərinin “yanında” olmaq istəyir.

Emmanuel Makron Fransua Ollandın şəxsi həyat üslubunu tənqid edərək bildirib ki, arvadı ondan geridə qalmayacaq, Tvitter postlarının arxasında gizlənməyəcək.

 

Makron və Rotşildlər

 

Makron məhz Rotşildlərin bankında işləyəndə cəmi bir neçə il ərzində müdir tərəfdaş olub və milyonlarla sərvət toplayıb. Və məhz bu inanılmaz uğurlu tarixdən də onun böyük siyasətə yolu başlanıb. Məşhur fransız mühafizəkar siyasətçisi İvan Blo populyar sui-qəsd nəzəriyyələrini beyinlərdən atmağı və faktlara, konkret adlara əsaslanmağı xahiş edir: “Bankir müsyö Attali – əslində, məhz bu adam Makronu Rotşildlərlə tanış edib. O, Rotşild bankının təkcə əməkdaşı deyil, bu ailənin yaxın dostu idi. Hətta onların qarşısında borcludur, buna görə də ailə onun namizədliyinə heç şübhə etmirdi”.

Jak Attalinin Beşinci Respublikanın boz kardinalı adlandırırlar. O, baron David Rene de Rotşildin yaxın dostu, yazıçı, iqtsadçıdır. Vaxtilə Mitteranla işləyib. Makronun birinci turdakı qələbəsini restoranda məhz o, qeyd edib.

Rusiya bankiri Aleksandr Lebedev bildirir: “Attali bu meydanda, doğrudan da, ciddi oyunçudur. Yeri gəlmişkən, mən onu hələ Avropa bərpa və inkişaf Bankını yaratdığı vaxtlardan tanıyıram”.

Rusiyaləı bankir Avropa bank maşınının vintlərinin necə fırlandığının sirrini bölüşür: “Rotşildlərin bankı nəyi ifadə edir? Əksər hallarda mənşəcə çirkli pulları yığmaq və yumaq üçün maşındır”.

İsveçrə pulisisti Manfred Petriçin versiyasına görə, Emmanuel Makronun işləri 20140-cü ildən yağ kimi getməyə başlayıb – Bilderberq klubu ona isnad edərkən. Bu klub bir növ dünyanın kölgə hökuməti olmağa və ölkələrin, xalqların taleyini həll etməyə çalışan siyasətçi və biznesmenlərin məxfi toplantısıdır.

Publisist Manfred Petriç: “Makron 2014-cü ildə Kopenhagendə Bilderberq klubunun görüşünə ilk dəfə qatılıb. Onu orada görəndə başa düşdüm ki, onu bir təhər yüksəltmək üçün nəsə etməlidirlər. Və əslində, bu, baş verib. Bilderberq klubu və Rotşildlər Fransa KİV-lərinə nəzarət edirlər. Onlar onu seçiblər və o da prezident olacaq”.

Rotşildlərin özləri də Makronla əlaqələrini gizlətmirlər.

 

Strateq.az