Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vatikanda tələbələri ilə görüşdə Papa bombanın adına diqqət çəkərək “Siaha beə ad qoyulmasından utandım. Ana həyat verir, ana öldürməz”, – deyib.
Papa sonra detallara toxunub: “İnsan öldürən nəyəsə “Bütün bombaların anası” adı verilməz. Silahın belə adlandırılmasını ilk dəfə eşidəndə, utandım. Təkrar edirəm, bir ana insana həyat verər. Bu bomba isə ölümə səbəb oldu və ancaq ona “ana” adı verildi. Nələr olur belə?!”.
Xatırladaq ki, ABŞ Hava Quvvələri ötən ay Əfqanıstanda İŞİD-in nəzərətində olan dağlıq ərazidə “bütün bombaların anası” adlandırdıqları nüvə omayan ən dağıdıcı bombanı sınaqdan çıxarıblar.
Həmin bombanın ən böyük üstünlüyü isə partladıqdan sonra baş verən dəhşətli yanğının dağlıq ərazilərdəki mağaraların ən dərin qatına qədər daxil olaraq, nə qədər canlı varsa, hamısını külə döndərməsidir.