Mingəçevirdə avtobus qəzası:5 yaralı

0
2

Mingəçevirdə sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.