İspaniyanın paytaxtı Madridin Arqanda del Rey adlı sənaye şəhərciyində yerləşən fabrikdə partlayış baş verib.
Kimya məhsulları istehsal edən fabrikdə baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Partlayışın səbəbi barədə heç bir məlumat verilmir.
Müvafiq qurumlar baş verən yanğın və tüstünün əhali üçün təhlükə yaratmadığını elan ediblər(azərtac).