Bakıda beton binaların hamısı söküləcək – Hökumət qərar verdi (VİDEO)

0
4

Paytaxtdakı beton binalar söküləcək.

Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlanıb. Buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir. Artıq Nazirlər Kabineti tərəfindən 1-ci mikrorayon ərazisindəki beton binaların sökülməsi ilə bağlı qərar verilib.

Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu cür beton binalar təkcə mikrorayonlarda yox, paytaxtın digər ərazilərində də var. Həmin binaların bir çoxu istismar müddətini başa vurub. Digərləri də müasir yaşayış normalarına cavab vermir.

Sökülən tikililərin yerində çoxmərtəbəli yaşayış binaların tikintisi və infrastruktur layihələrinin qurulması nəzərədə tutulub.

Tikilməsi nəzərdə tutulan çoxmərtəbəli binalar müasir tələblərə tam cavab verəcək.