Hökumətdən terrorizmlə bağlı qanuna yeni dəyişiklik –Baş nazir təsdiqlədi

0
4

Baş nazir Artur Rasi-zadə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda bir sıra dəyişiklikləri təsdiq edib.

Strateq.az Nazirlər Kabinetinə istinadən qanuna edilən dəyişiklikləri olduğu kimi təqdim edir:

1. 2-ci hissədə “Azərbaycan Respublikasının dövlət orqanlarının” sözləri “müvafiq qurumların” sözləri ilə əvəz edilsin.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Ümumi Siyahı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq müəyyən edilən Ölkədaxili Siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə əsasən bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq müəyyən edilən Beynəlxalq Siyahıdan ibarətdir.”.

3. 6-cı hissəyə “Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin və həmin hissədə “, Xarici Kəşfiyyat Xidməti (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti)” sözləri “(bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti)” sözləri ilə əvəz edilsin.

4. 7.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.5-ci bənd əlavə edilsin:

“7.5. kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.”.

5. Aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilsin:

“7-1. Xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti belə qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə də müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər.

7-2. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi və fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə də onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərir.”.

6. 8-ci (hər iki halda), 9-cu (hər iki halda), 10-cu, 14-cü və 19-cu hissələrdə “Qaydaların” sözü “Qaydanın” sözü ilə əvəz edilsin.

7. 8-ci və 20-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidmətinə” sözləri çıxarılsın.

8. 9-cu, 10-cu, 11-ci, 14-cü və 21-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidməti” sözləri çıxarılsın.

9. 9-cu hissədə “yəni” sözü “o cümlədən” sözləri ilə əvəz edilsin.

10. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Xarici İşlər Nazirliyi) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə və terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri (bundan sonra – sanksiyalar komitələri) tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edir və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.”.

11. 14-cü hissədə, 14.3-cü bənddə, 15-ci, 16-cı, 18-ci (hər iki halda), 21-ci, 22-ci və 23-cü hissələrdə ismin müvafiq hallarında “Sanksiyalar Komitəsi” sözləri “sanksiyalar komitələri” sözləri ilə əvəz edilsin.

12. 13-cü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirir.”.

13. 14.2-ci bənddən “Əl-Qaida”, “Taliban” və ya digər” sözləri çıxarılsın.

14. 14.4.2-ci yarımbənddə “vergi ödəyicisi və ya digər eyniləşdirmə nömrələri, elektron poçt ünvanları, əvvəlki adları” sözləri “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), elektron poçt ünvanları, əvvəlki adları və ya eyniləşdirmə məlumatları” sözləri ilə əvəz edilsin.

15. 15.1-ci və 15.3-cü bəndlərdə “ƏlQaida”, “Taliban” sözləri “Terror təşkilatı” sözləri ilə əvəz edilsin.

16. 15.2-ci bənddə “Əl-Qaida” və “Taliban”a” sözləri “Terror təşkilatına” sözləri ilə əvəz edilsin.

17. 25-ci hissə ləğv edilsin.

18. 26-cı hissənin birinci cümləsinə “hüquqi şəxslər” sözlə-rindən sonra “, dövlət qurumları” sözləri əlavə edilsin.

19. Aşağıdakı məzmunda 29-cu və 30-cu hissələr əlavə edilsin:

“29. Eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən don-durulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir.

30. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahı- lara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.”.