Məhkəmədə hakimlə kobud danışan şahid həbs edilib. O, 48 saatlıq cəza alıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevə qarşı kobudluq və hörmətsizlik edən şahid həbs edilib.
Bu gün hakim R.Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş turub.
Bu iş üzrə şahid qismində Nəsimi Hüseynov məhkəməyə dəvət edilib. O, hakimin suallarına cavab verən zaman kobudluq edib. Hakimin xəbərdarlıq etməsinə baxmayaraq, şahid eyni şəkildə cavab verməyə davam edib.
Bu zaman hakim Rauf Əliyev şahid Nəsimi Hüseynov barəsində hakimə qarşı hörmətsizlik etdiyinə görə 48 saatlıq həbs cəzasına qərar verib. Qərar elan edildikdən bir neçə dəqiqə sonra N.Hüseynov polis əməkdaşlarına təhvil verilib.
Nəsimi Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.