Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Milletim.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Xəbərdarlığa görə, aprelin 22-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.