“Mesaj aldım ki, hökumət həmin “Xural”ın çıxmasını istəmir”
Əvəz Zeynallı:“Belə çıxır ki, prezidentin məni əfv etdiyi 6 ilin ortasında təzədən məni tutmalıdılar?”
Bir müddət öncə əfv sərəncamı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Əvəz Zeynallının hüqiqi müstəvidə problemleri hələ də bitmək bilmir. Belə ki, məhkəmə hökmü və hətta onun həbsdə olduğu müddətdə verilmiş məhkəmə qərarlarınnan kəsilmiş cərimlər gündəmdədi və baş redaktordan bu cərimələrin ödənilməsi tələb olunur. Bu arada, “Xural” qəzetinin məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakının da geriyə qaytarılması ilə bağlı anlaşılmaz olaylar yaşandı. Bütün bu məsələlərə onun münasibətini öz dilindən eşitmək, həmçinin də son vaxtlarda regionda və dünyada baş verən, Azərbaycana da birbaşa dəxli olan bir sıra ictimai-siyasi poseslərə Əvəz Zeynallının münasibətini öyrənə bilmək üçün, sabiq vicdan məhbusuna bəzi suallarla müraciət etdik.
-Əvəz bəy, nə var nə yox?
– Sağ olun, indi Azərbaycanda və cəmiyyətin tam əksəriyyətində var olanlar bizdə də var, yox olanlar da eləcə. Amma yox olanlar var olandan çoxdu və görünəni odur ki, bu tendensiya hələ uzun zaman davam edəcək.
– Azadlığa çıxdığınız artıq dörd ay olur və məncə, artıq adaptasiya dövrü keçməliydi. Baxmayaraq ki, adaptasiyalıq halımız və günümüz də yoxdu. Bununla belə, görünəni odu ki, aylar ötsə də, Əvəz Zeynallının sistemli bir fəaliyyəti yoxdu, Niyə yoxdu ki ?
– Əslində mən adaptasiya dövrü deyə bir şey hiss eləmirəm. Çünki biz cəmiyyətimizi içindən də, çölündən də tanıyırıq, elə eyni cəmiyyətdi. Amma təbii ki, arada bizim ümumi proseslərdən təcrid olunduğumuz üç illik bir zaman kəsimi oldu və bu səbəbdən kəsilən münasibətlər, görüşə bilmədiyimiz adamlar var. O baxımdan, bəlkə də bu dörd aya adaptasiya dövrü də demək olar. Amma yox, məncə son illərdə siyasi və vicdan məbusları kimi tanınaraq həbsdən çıxanların işərisində ən çox işləyəni elə mənəm. Çünki ortada olanların hamısı çıxır, bir çoxları xarici səfərlərə gedir, bəziləri mühacirətə üz tutullar, burda qalıb səssis-səmirsiz həyatına davam eliyənlər də var. Lakin, “Facebook”da olsa belə, müəyyən məhkəmə proseslərini izləməklə olsa belə, sosial şəbəkələrdə ictimai-siyasi proseslərlə bağlı polemikalara qoşulmaqla olsa belə, demək olar ki, səhərdən axşamacan işləyirəm. Amma digər məsələlərə gəlincə, mətbuatdan da bildiyiniz kimi, mənim həbsimdən öncə müsadirə olunmuş əmlakımızı qaytarmaq istədik, daha doğrusu, özləri dedilər ki, gəlin götürün. Biz də bu çağrışa gedəndə gördük ki, əmlakımız təmizlənib, bir yerə yığılıb və təhvil-təslim üçün hazırlanıb. Amma elə orda da bizə dedilər ki, Ağır Cinayətlər Məhkəməsində verilən hökmə görə 4076 və 450 manat qədərində olan cərimələrimiz indi icraya yönəldilib. Elə bu əsasla da bizim əmlakımızı qaytarmaqdan imtina elədilər. Hələ üstəgəl də, mən həbsdə ola-ola o 4000 manata da 2000 manat faiz gəlib. Bax belə şəraitdə və şərtlərdə də, elə əvvəlki kimi çalışıram. Amma şərtlər o şərtlər deyil. Yəni, işləyə, fəaliyyət göstərə bilmək üçün, mənim həbs edildiyim 2011-ci ildəki şərtlər indi Azərbaycanda yoxdur. İndi daha ağır, daha sərt, daha amansız şərtlər mövcuddu. Demək olar ki, mətbuatın yayım arealı, ya tam dayandırılıb, ya da bu areal kifayət edəcəyindən də artıq daraldılıb. Bütün müstəqil qəzetlər sıradan çıxıb, ortada olan qəzetlərin də heç birində o müstəqillik qalmayıb, o ruh yoxdu. Yəni, demək olar ki, bizim işləyəcəyimiz yer yoxdu və bu hökumət bizə işləyəcək yer və sahə buraxmayıb. Amma yenə də, hələlik sosial şəbəkələr sistemində nəsə eləməyə çalışır, iş görür, özümüz də görünürük.
– Əslində bu hüquqla bağlı sorunlarınızın nə yerdə olduğnu soruşacaqdım və mən bilən, Sizin hələ bitməyən xeyli sayda məhkəmə prosesləriniz də olmalıdı, eləmi?
– Bəli, davam edən məhkəmələrimiz çoxdu.
– Sən özün də hüquqçusan və bu müddətdə Sizdən tələb olunan cərimələrin və faizlərin, prezidentin əfv sərəncamından sonra ödəməyə və icraya yönəldilməsini qanuni əsasları varmı, yoxsa yenə də aysberqin görünməyən tərəfləri var ?
– Azərbarcanın qanunlarında çoxlu boşluqlar var və əfv fərmanı ilə bağlı hazırda qüvvədə olan qaydalar da o boşluqlarla zəngindi. Bax, elə o boşluqlardan birinin də fəsadlarını mən hal-hazırda yaşayıram. Çox güman ki, bu boşluqlardan birini də biz Konstitusiya Məhkəməsində mübahisələndirəcəyik. Məsələn, indiyə kimi həbs olunan siyasi və vicdan məhbuslarının əfvlə azadlığa buraxılan hissəsinin heç birindən cərimə tələb olunmayıb. Tutaq ki, indi hamımızın yaxşı tanıdığımız baş redaktorlardan birinin, azadlığa çıxanda, 400 000 manata yaxın vergi borcu var idi və onnan da o borcu heç kim tələb eləmədi. Bunu mənə rəsmi qurumlarda deyiblər ki, əslində prezidentin əfvindən sonra o borclar silinir. Amma burda bir maraqlı məqam var. Bu zaman konkret fərdə aid olan borclar silinmir, amma dövlətin xəzinəsinə ödənməli olan borclar silinir. Bu mənada deyim ki, mənim barəsində danışdşğım hər iki borcum dövlətin xəzinəsinə ödənməli borclardı. Hər nə qədər saxta olsa da, sifarişli olsa da, bu borclar, hakim Ramella Allahverdiyevanın çıxardığı hökmdə var. Yəni, normalda bunların hamısı, əfdən sonra silinməlidi. Ancaq indi məlum olur ki, həmim o borclar Nərimanov Rayon Məhkəmə Qərarlarının İcrası İdarəsi tərəfindən icraya yönəldilib. Məsələyə, indi ortaya çıxan durumla yanaşanda belə çıxır ki, Prezident mənim əfvimlə bağlı, hökmümdə yer alan ayrı-ayrı borclarla bağlı ayrıca sərəncamlar verməlidi. İndi bu məsələlər o qədər dolaşdırılıb ki, adam heyrətə gəlir. Təsəvvür edin, mən həbsdə ola-ola hökmə salınmış 4076 manata görə, 2014-cü il noyabrın 3-də Vergi İdarəsi məni məhkəməyə verib və dərhal da qərar çıxarıblar ki, Əvəz Zeynallı təzədən 2038 manat cərimə olunsun. Yəni guya mən cəriməni vermədiyimə görə bu qədər faiz ödəməliyəm. Və həmin məhkəmə qərarı da, 24 dekabr 2014-cü ildə qüvvəyə minib. Mən də azadlığa həmin ilin 30 dekabrında, yəni həmin qərarın qüvvəyə minməsindən cəmi altı gün sonra çıxmışam. Bu qədər də absurd bir şey olurmu, mən həbsdə ola-ola üzərinə məhkəmə qərarıyla faiz gətirilən borcu necə öləyə bilərdim. Demək belə çıxır ki, Möhtərəm İlham Əliyev bu faizi də götürsək, tək mənim əfv oluna bilməm üçün azı dörd dənə sərəncam verməliymiş . Qanundakı boşluq da bax budu. Amma, biz bunu məhkəmələrlə də, hakimlərlə də vəkillərlə də müzakirə edirik və güman edirəm ki, dövlət büdcəsinə olan borclarım silinməlidi. Lakin sualın o biri hissəsinə gələrək deyim ki, görünür mən azadlığa çıxandan sonra da, müəyyən dairələrin mənə qarşı olan hirsi, hikkəsi, qəzəbi hələ də soyumayıb. Ona görə də bu məsələni dərhal gündəmə gətirdilər ki, mənim normal fəaliyyətimi əngəlləyə, işləyə bilmək imkanlarımızı məhdudlaşdıra bilsinlər.
“İşimizi əlimizdən alıblar, sistemimizi dağıdıblar, düzənimizi pozublar”
– İndi necə fikirləşirsiz, bu borcları ödəməkmi, aylara, bəlkə də illərə vara biləcək uzun-uzadı məhkəmə çəkişmələrinə baş vurmaqmı, yoxsa eləcə oturub, elə bu borclara görə, yəni məhkəmə qərarlarının icrasından imtina maddəsini və bu bəhanə ilə yeni həbsi boylamaqmı?
– Ortada bir borc yoxdu, yəni o zaman biz məhkəmə qaydasında da sübut elədik ki, heç bir vergi borcumuz yoxdur. Madam, bunların hesabına görə borcumuz varsa belə, biz həmin pulu məhkəmənin gedişində ödəsəydik, mənə bu yöndə verilən maddə cinayət işindən çıxarılmalıydı. Amma biz o borcu ödəmədik, ya da ödəyə bilmədik və mən də buna görə cəza yedim. Bir sözlə, mən bu borca görə cəzanı niyə aldım, təbii ki, borcun qarşılığı olaraq. İndi də cəzam bitib, yəni prezident bu cəzamın qalan hissəsini əfv edib. Onda, belə çıxır ki, prezidentin məni əfv etdiyi 6 ilin ortasında təzədən məni tutmalıdılar? Baxın, indi biz məhkəmələrdə də, digər hüquq idarələrində də bu haqda danışırıq və hamısı da şokdadı ki, belə şey necə ola bilər? Yəni prezidentin bəlli sərəncamıdan sonra da məndən bu borcun qaytarılmasını tələb etmələri, ya Prezidentin əfv siyasətinə qarşı çıxmaqdı, ya da bütün bunları düzüb-qoşaraq işləri bu hala gətirməyə cəhd edənlər var. Mənim, hətta bunu istəsəm belə, yaxın zamanlarda o borcu ödəmək imkanlarım yoxdu, zatən işimizi əlimizdən alıblar, sistemimizi dağıdıblar, düzənimizi pozublar. Belə bir vəziyyətdə o qədər pulu necə ödəyə bilərik axı? Amma bu yöndə bizim qəzetin əmlakının icra idarəsində qalması bir az da məntiqlidir ki, o zaman həmin əmlakın qiyməti 25-30 min manat civarında olardı, götürüb əvəzləşdirsinlər və bu haqda özlərinə də demişəm. Amma mən belə hesab eləyirəm ki, məsələnin əsas səbəbi bu cərimələr və yaxud da ödənməyən faizlər deyil. Mən sadəcə olaraq həminki “Xural”ı çıxarmağa çalışıram və bu arada da elə mesaj aldım ki, hökumət həmin “Xural”ın çıxmasını istəmir, vəssalam. Mən buna can atmasaydım, hesab edirəm ki, belə şeylər də olmayacaqdı.
– Mesaj hardan və ya kimdən gəlib ki?
– Sizcə, bu yöndə mesajlar bizə hardan və ya kimdən gələ bilər ki? Orası zatən cümlə Azərbaycana bəllidir.
– Əvəz bəy, bizim əfv olunmağımız, hakim zehniyyətin yanlış etməsinin etirafıydı, yoxsa, “gedin ağıllı olun, istəsək tutarıq, istəsək buraxarıq” anlamına gələn mesaj idi?
– Burda bütün hallarda həm o var, həm də o biri. Amma mən, bütün hallarda İlham Əliyevin əfv fərmanını kölgəyə salmaq istəmirəm və hesab eliyirəm ki, o, sıradan bir dövlət başçısı deyil, bu dövləti idarə eliyir, Heydər Əliyevin oğludur və sair. Prezident bilir ki, 9 il iş verilən adamı 3 ildən, və ya 4 il verilən adamı il yarımdan sonra əfv eləmək niyə və necə mümkündü. Yəni onun ciddi əsasları var ki, bunu eliyə bilir. Heç kim müəyyən mənada ciddi suçu və günahları olan adamları, ən azından belə tezliklə əfv eləməz. Ayrıca, biz içəridə olanda da gördük ki, bəlli müddəti keçməmiş, Azərbaycan həbsxanalarından məhkəmə qərarı ilə də çıxmaq qeyri-mümkündür, o da ki ola 5-6 il. Ona görə də, mən hesab eləmirəm ki, burda məsələyə birtərəfli yanaşma olmalıdı. Eyni zamanda mən dövlətin də geri çəkildiyini düşünmürəm. Mənə elə gəlir ki, biz öz günahsızlığımızı, heç bir suç işləmədiyimizi İlham Əliyevə 3 ilə sübut eləyə bildik. Ayrıca, onu da deyim ki, bizim azadlığa çıxmağımızda beynəlxalq təşkilatların, medianın, yerli hüquq-müdafiə təşkilatlarının, ölkədəki bir çox siyasi qurumların hamısının əməyi var. Biz hamımız, onlarla bir yerdə, İlham Əliyevin diqqətinə gətirə bildik ki, məsələn, bu adamlar günahsızdır. O ki qaldı, kimi nə vaxt tutmaq istəyib, nə vaxt buraxmaq istəməklərinə, indi Azərbaycan hakimiyyəti o qədər güclüdür ki. Bu, günün günortasında bizi, heç bir əsaslı səbəb olmadan, küçənin ortasından, qandalayaraq, aparıb 9 il iş verən hakimiyyətdi. Ona görə də, mənim bu gün də heç bir şübhəm yoxdu ki, Azərbaycan hakimiyyəti istədiyi adamı, istədiyi vaxda və istədiyi yerdə tuta bilər. Bunların istədiyi adamı şərləmə gücü var, Azərbaycanda çox böyük bir şərbazlar ordusu yaranıb, 9-10 milyomluq əhalinin təxminən otuz faizini üzə durmağa öyrədiblər. Biz artıq uzun illərdi ki, bunu müşahidə etməkdəyik. Bu mənada, bunların əllərinin üstündə əl olmadığını düşünürəm, amma, bu o demək deyil ki, biz mübarizədən imtina eləməliyik, çəkinməliyik. Zatən mübarizədən imtina etmədiyimiz, çəkinmədiyimiz üçün də, bütün medianı, bütün tele efirləri götürüblər. Bizə isə, bir həftəlik qəzetin səhifələrində yazacaq qədər yer buraxmayıblar.
– Əvəz bəy, hərçənd ki, uzun zaman keçib, amma sən Türkiyəni görübsən, ordakı cəmiyyətə də bələdsən. Bu son günlərdə, həftələrdə, tutaq ki, Roma Papasının soyqırımla bağlı çağırışı, ardınca da Avropa Birliyinin, daha da irəli gedərək, faktiki olaraq “erməni soyqırımı”nı tanımaq anlamına gələn açıqlamalarla çıxış etməsi, səncə nəynən bağlıdı? Türkiyə hakimiyyətinin siyasətimi yanlışdı, yoxsa, elə bunların dediyi kimidi və bütün dünya bizə qənim kəsilib, gözləri götürmür, bizə paxıllıq edirlər, bizi əzməyə bəhanə axtarırlar və sair …
Ardı var…
Söhbətləşdi: Sərdar Əlibəyli