Naxçıvanda daha bir dövlət idarəsi yaradıldı –Sərəncam

0
4
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov yeni dövlət qurumunun yaradılması barədə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, əyar nəzarətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb.