Türkiyənin 21 əyalətində anti-terror əməliyyatı –543 şübhəli tutuldu

0
5
Türkiyənin 21 əyalətində keçirilən anti-terror əməliyyatları nəticəsində 543 şübhəli tutulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 412-si terrorçu PKK-nın, 131 isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.

Məlumata görə, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb.

İnformasiyaya əsasən, anti-terror əməliyyatı aprelin 6-dan 12-dək keçirilib.