Vladimir Putin:“MDB-də “rəngli inqilab”lara imkan verməyəcəyik”

0
4
Rusiya hökuməti həm ölkə daxilində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdə “rəngli inqilablar”ın olmasının qarşısını almağa çalışacaq.

Bu barədə Rusiya prezidenti Vladimir Putin “MİR” teleradio şirkətinə müsahibəsində bildirib: “Dünyanın müxtəlif regionlarında həyata keçirilən və həmin regionlara ciddi qeyri-sabitlik gətirən müxtəlif nəzəriyyələri bilirik. Təbii ki, belə şeyin yaşanmasına imkan verə bilmərik. KTMT-dəki tərəfdaşlarımıza da bu baxımdan dəstək verməyə hazırıq”, – V.Putin vurğulayıb.