Nazir:”Diyarbəkirdəki partlayış terror aktı idi”

0
4
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda ötən gün baş vermiş partlayış terror aktı idi.

Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir qeyd edib ki, əldəqayırma partlayıcı qurğu terrorçular tərəfindən qazılmış tunelin köməyi ilə zirehli nəqliyyatın altında quraşdırılıb.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 31 nəfər xəsarət alıb.