“Suriyanın İdlib şəhərində zarin qazından istifadə edildiyi təsdiqləndi”.
Bu sözləri Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ AA-ya açıqlamasında deyib.
“İdlibdə kimyəvi hücuma məruz qalan şəxslərdən götürülən qan və analiz nümunələri nəticəsində zarin qazının bir nümunəsi olan metil fosfonik asit aşkar edilmişdi”, – nazir bildirib/Axar.az.
Qeyd edək ki, İdlibin Xan Şeyhun bölgəsinə Əsəd qüvvələrinin kimyəvi hücumu nəticəsində 100-dən çox dinc sakin həlak olmuşdu.
Ölənlərin və yaralananların əksəriyyəti Türkiyədəki xəstəxanalara yerləşdirilmişdi.