Kənan Hacı prezident təqaüdü alacaq –Yazıçılar Birliyindən qərar

0
4
Yazıçı və şairlərə verilən prezident təqaüdünə düşənlərin adları bəlli olub.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat veriblər.

AYB-dən bildirilib ki, siyahıda bir çox tanınmış yazıçı və şairlərin, o cümlədən Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacının da adı var.

Xatırladaq ki, hər il Azərbaycan Yazıçılar Birliyinin 70 üzvü prezident təqaüdünə layiq görülür. Bir il ərzində 50 yaşlı şair və yazıçıya 300 manat, 20 gənc yazıçı və şairə 200 manat təqaüd verilir. Təqaüd yalnız AYB üzvü olan yazarlara verilir.

Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sayı 2000 nəfərdən çoxdur.

Azərbaycan yazıçılarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün prezident təqaüdü 2007-ci ildən verilir.