Sabah hava necə olacaq? –Meteohəssas insanlara xəbərdarlıq

0
4

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milletim.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, aprelin 12-də havanın temperaturunun gecə 7-9° isti, gündüz 13-17° isti, Bakıda gecə 7-9° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65%  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı  gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək.