“ABŞ Suriya bazasına raket zərbələri endirməklə terrorçuları dəstəkləyib”.
Bu barədə Suriya prezidenti Bəşər Əsədin Administrasiyasının yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, ABŞ Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna 59 “Tomaqavk” raketi atıb. Nəticədə 10-dan çox insan ölüb. ABŞ-ın raket zərbələrini Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirdiyini bildirir.
APA