45 min müəllimin maaşı artırılacaq –Diaqnostik qiymətləndirmə başlayır

0
5
“Bu il Azərbaycan diaqnostik qiymətləndirilməsi keçiriləcək müəllimlərin sayı açıqlanıb”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov mətbuat konfransında bildirib. İl ərzində il 45 minə yaxın müəllimin diaqnostik qiymətləndirməyə cəlb ediləcəyini deyən müdir müavini əlavə edib ki, bununla ölkədə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçiriləcək. Onların əmək haqları 2018-ci ilin yanvarından artırılacaq.

E. Bağırov bildirib edib ki, bu il ilk diaqnostik qiymətləndirmə aprelin 16-21-də Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

“Qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 apreldə Tovuz rayonunda keçiriləcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi mayın 1-6-da Qax rayonunda təşkil olunacaq. Mayın 12-17-də isə Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək”.

E. Bağırov qeyd edib ki, Bakıda keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. Mayın 24-25-də keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək:

“Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az <http://dq.edu.az/>  saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək”.

APA