Vilayət Eyvazov hesabat verdi

0
4

Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov qeyd edib ki, insan alverinə qarşı mübarizə ilə bağlı 80-ə yaxın qanunvericilik aktı və digər sənədlər qəbul olunub.

Onun sözlərinə görə maarifləndirmə tədbirlərinə 182 min manat vəsait ayrılıb:

“Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 399 cinayət hadisəsi aşkarlanıb. 26 cinayətkar dəstənin fəaliyyəti zərərsizləşdirilib. Bunların 102 nəfər üzvü də istintaqa cəlb olunub.

15 qeyri- hökumət təşkilatı səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan insan alverində təqsirli bilənən və xarici ölkələrdə gizlənən cinayətkarların Azərbaycana ekstradasiyası ilə bağlı müzakirələr aparırlar.

Artıq Türkiyə, İran, BƏƏ hökumətləri ilə insan alverində ittiham olunaraq gizlənmiş şəxslərin ölkəyə ekstradasiyası ilə bağlı məlumatlandırıcı informasiya mübadiləsi aparılır. Ötən il 141 cinayət faktı aşkarlanıb və bunun nəticəsində 15 cinayətkar dəstə yaxalanıb, 70 nəfər cinayətin qurbanı olan şəxslər aşkar edilib. Onlardan 69- u Azərbaycan, biri isə əcnəbi vətəndaş olub. Onlardan 63 qurban və yeddi potensial qurban sığınacağa yerləşdirilib və birdəfəlik 400 manat müavinət verilib. 25- i işlə təmin olunub. 54 qurban ailəsinə qaytarılıb. Qurbanların himayəsində olan 31 azyaşlı sosial proqramlara cəlb olunub. Onların sosial reablitasiyasına DİN büdcəsindən əlavə olaraq 153 min manat xərclənib”.