Kişi böyrəyini ona verən arvadını atıb getdi

0
6

Kişi böyrəyini ona verən arvadını atıb getdi

Samanta Lemd böyrəklərindən birini verməklə ərinin həyatını xilas edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ancaq uzunmüddətli xoşbəxtlik əvəzinə iflasla nəticələnib: ər sağalandan az müddət sonra arvadını atıb. Qadın indi donor orqanının geri qaytarılmasını tələb edir: “İnana bilmirəm ki, indi onun nəvələrinin necə böyüdüyünü görmək şansı olacaq. Əlbəttə, bunun axırının necə nəticələnəcəyini bilsəydim böyrəyimi ona verməzdim. Onu görmək belə istəmirəm. Arzu edirəm ki, böyrəyi geri alım və onu ehtiyacı olan başqa bir insana bağışlayım”.

Samanta Endi ilə onlar özəl tibb klinikasında birgə sürücü işləyəndə tanış olub. Hər şey ideal alınıb, cütlüyün gözəl münasibəti olub. “2004-cü ildə o Esseks qraflığında, mən Londonda yaşayırdım”, – Samanta xatırlayır. – Endi çox ağıllı və düşüncəli idi, o, istənilən an məni gülməyə məcbur edə bilirdi. Biz müəyyən müddət bir yerdə işlədik, mən sonradan Devona qayıtmsalı oldum”.
Ancaq cütlük tezliklə bir yerdə olublar və 2007-ci ildə Samanta Endi ilə təntənəli şəkildə nikaha girib: “Bizim çox yaxşı həyatımız vardı. Halbuki, hərdən elə əlamətlər olurdu ki, Endinin mənə qətiyyən lazım olmadığını düşünürdüm. O, hər addımıma nəzarət edirdi. Hətta elə olurdu ki, hər gün ətirdən istifadə etməyimə razılşamırdı. Bizim çox gözəl və üç yataq otağı olan evimiz vardı, biz tamamilə xoşbəxt idik. Endi qəflətən xəstələndi. Onun böyrəyində ciddi problem yarandı. O, ətrafındakı hər kəsi, hətta məni də günahlandırırdı. Ona elə gəlirdi ki, bütün dünya onun əleyhinə köklənib. Mən ərimi sevirdim və onun əhvalını qaldırmaq istəyirdim, ancaq o mənə qarşı daha qəzəbli olurdu”.

Ailə dramı Samanta ərinə böyrəklərindən birini təklif edəndə başlayıb: “Onun vəziyyəti pisləşmişdi. Yeni böyrək olmasaydı, yəqin ki, birmənalı şəkildə öləcəkdi. Onda Endiyə dedim ki, biz köçürmə əməliyyatına qərar verməliyik. Onun əvvəlki münasibətindən bir neçə uşağı vardı, o onların naminə yaşamalı idi”. Beləcə, Samanta Endiyə öz böyrəyini verməklə onun həyatını xilas edib. Ancaq qadının bu fədakarlığı onun həm ərsiz qalması, həm də bir böyrəyini itirməsi hesabına başa gəlib.

LEAVE A REPLY