Putindən xəbərdarlıq:“MDB-nin bütün ölkələri terrorçular üçün potensial obyektlərdir”

0
5
“Peterburq metrosundakı partlayış göstərir ki, antiterror sferasında situasiya yaxşı deyil”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə deyib.

Putinin sözlərinə görə, bu hucumların potensial obyektləri bütün MDB ölkələridir: “Bilirik ki, bizim ölkələrin hər biri terror hucumları üçün potensial obyektlərdir. Bizim ölkələr üçün başqa çoxlu təhlükələr də var. Bu mütəşşəkil cinayətkarılıq və narkoticarətdir. Bura həmçinin korrpusiya və xarici qüvvələrin ölkələrimizin daxili siyasi proseslərinə nufuz etmək cəhdidir”.

Xatırladak ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyev də bu görüşdə iştirak edib.