Türkiyənin Mersin vilayətində naməlum şəxslər polis patrul avtomobilinə partlayıcı maddə atıblar.
“Trend”in yerli mətbuata istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Vilayətdə həmin şəxslərin axtarışı üzrə geniş əməliyyata başlanılıb.