Xoşqədəm nəyə görə getdi?
Xoşqədəm Hidayətqızının ATV-dən ANS-ə keçməsinin bəzi təfərrüatları məlum olub.
Ölkə.az-ın əldə etdiyi məlumat görə, teleaparıcı bir neçə il çalışdığı telekanalın rəhbərliyindən incik düşüb. Belə ki, hələ bir müddət öncə onun həmkarı Zaur Baxşəliyevlə münasibətlərinin gərginləşdiyi və buna görə rəhbərliyin hər iki əməkdaşa ciddi xəbərdarlıq etdiyi qeyd olunurdu.
Həmin vaxt mətbuatda Hidayətqızının Baxşəliyevin “Öz aramızda” verilişinə qarşı çıxdığı yayılan informasiyalar arasındaydı. Elə ATV-dən aparıcının işdən getməsiylə bağlı heç bir açıqlamanın verilməməsi və sadəcə, faktın təsdiqlənməsi də göstərir ki, X.Hidayətqızı telekanaldan incik ayrılıb.
Məsələ ilə bağlı adıçəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.