Nov­ruz­da 27 təy­ya­rə İran azər­bay­can­lı­sı Er­mə­nis­ta­na ni­yə ge­dib?

0
4

Ra­miz Ta­ğı­yev: “Er­mə­nis­ta­nın tu­rizm inf­rast­ruk­tu­ru çox bər­bad­dır”

Er­mə­nis­tan KİV-i Nov­ruz bay­ra­mı ilə bağ­lı on­la­rın öl­kə­si­nə re­kord həd­də tu­ris­tin gəl­di­yi ba­rə­də mə­lu­mat­lar ya­yır. Bil­di­ri­lir ki, bu gün­lər­də Er­mə­nis­ta­na sə­fər edən iran­lı­la­rın ara­sın­da azər­bay­can­lı tu­rist­lər çox­luq təş­kil edib. Hət­ta tu­rist­lə­rin gəl­mə sa­yı­nı şi­şirt­mək üçün İrə­va­na İran­dan 27 təy­ya­rə­nin en­di­yi­ni də bə­yan edib­lər.
Bu mə­lu­ma­tı nə də­rə­cə­də doğ­ru say­maq olar?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev bil­dir­di ki, Er­mə­nis­ta­nın çox ağır iq­ti­sa­di du­rum­da ya­şa­dı­ğı heç kim üçün sirr de­yil:

“Er­mə­nis­ta­nın öz eks­pert­lə­ri­nin apar­dı­ğı təh­lil­lər­də də re­al və­ziy­yət eti­raf edi­lir. Bil­di­ri­lir ki, 2016-cı il Er­mə­nis­tan üçün o qə­dər də uğur­lu ol­ma­dı, bü­tün əsas gös­tə­ri­ci­lər aşa­ğı düş­dü: iq­ti­sa­di ar­tım plan­laş­dı­rıl­mış 2,1 % əvə­zi­nə 05 % təş­kil et­di, il ər­zin­də xa­ric­dən pul kö­çür­mə­lə­ri və xa­ri­ci sər­ma­yə­lər azal­dı, döv­lət bor­cu isə, ək­si­nə, art­dı.
Ar­tan an­caq Er­mə­nis­ta­na İran­dan tu­rist­lə­rin axın di­na­mi­ka­sı olub. Tə­bii ki, iran­lı tu­rist­lə­rin Er­mə­nis­ta­na ma­neə­siz ge­dib-gəl­mə­si iki öl­kə ara­sın­da meh­ri­ban mü­na­si­bət­lər­dən qay­naq­la­nır. Nov­ruz bay­ra­mı İran­da təm­tə­raq­la ke­çi­ri­lir. Bu bay­ram mar­tın dör­dün­cü şən­bə­sin­dən baş­la­yır və 13 gün da­vam edir. Hə­min ta­rix­lər­də İran­da qey­ri-iş gü­nü ol­du­ğu sə­bə­bin­dən, əha­li da­ha çox xa­ri­ci öl­kə­lər­də is­ti­ra­hət et­mə­yə üs­tün­lük ve­rir. Bu ba­xım­dan da İran­la həm­sər­həd olan öl­kə­lər da­ha çox se­çi­lir. Biz bu mən­zə­rə­ni hər il öz öl­kə­miz­də hiss edi­rik. Ey­ni sö­zü Gür­cüs­tan ba­rə­də də de­yə bi­lə­rik. Er­mə­nis­ta­na da tu­rist­lə­rin get­di­yi­ni is­tis­na et­mi­rik. An­caq on­la­rın bö­yük ək­sə­riy­yə­ti­nin azər­bay­can­lı ol­ma­sı doğ­ru de­yil. Er­mə­nis­tan be­lə ya­lan mə­lu­mat­la­rı məq­səd­li şə­kil­də ya­yır. Nov­ruz bay­ra­mı ilə bağ­lı hə­min öl­kə­yə azər­bay­can­lı əsil­li iran­lı­la­rın da­ha çox sə­fər et­mə­si inan­dı­rı­cı de­yil. Çün­ki Er­mə­nis­ta­nın tu­rizm inf­rast­ruk­tu­ru çox bər­bad­dır. Azər­bay­can­lı­lar psi­xo­lo­ji ola­raq Er­mə­nis­ta­nı öz­lə­ri­nə dost say­mır. Ey­ni za­man­da, Er­mə­nis­tan­da Nov­ru­za aid heç nə yox­dur de­yə, hə­min öl­kə məhz de­di­yi­miz mə­qam­da soy­daş­la­rı­mı­zı cəlb edə bil­məz. Fars əsil­li İran və­tən­daş­la­rı­nın az qrup­lar­la sə­fər et­mə­si isə müm­kün­dür”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ