Sabah hava necə olacaq? –Proqnoz

0
5

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Milletim.info  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 4-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti,  dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.