Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış “ZİL” markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib.
Xatırladaq ki, “Ford” markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, daha 20 tələbə yaralanıb.