Trend-in məlumatına görə, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli təhsil müəssisələri ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanılıb.
Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.