“Mənim Mövlud Mövludun intiharından xəbərim olmayıb”.
Bunu AzNews.az-a açıqlamasında yazıçı Kənan Hacı bildirib. O, mərhumun intiharından sarsıldığını deyib: “Eşitdim, hönkürtü ilə ağladım. Həmin vaxt Qənirə xanım da yanımda idi. Dedi ki, “qoyun, ağlayıb sakitləşsin”. Çox üzüldüm”.
Kənan Hacı qeyd edib ki, ölüm indi çox adiləşib: “Adam hər şeydən bezir. Yaşamaq da adiləşib. Ölməklə yaşamağın fərqi qalmayıb”.
Yazıçı hazırda müalicə aldığını vurğulayıb.