“Bu yaxınlarda bir adam mənə dedi ki, Elçibəyin adına küçə də olacaq, prospekt də. Sadəcə, bir az zaman lazımdır. İnanıram ki, qardaşım Elçibəyin adının əbədiləşdirilməsi prosesi uğurla həyata keçiriləcək”.
Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.
Almurad Əliyevin sözlərinə görə, Novruz bayramından sonra bir daha Elçibəyin adının əbədiləşdirilməsi işi ilə bağlı müraciət edəcək:
“Bu proses çox uzanır. Bildiyiniz kimi, br neçə dəfə müraciət olunub. Amma Dövlət Komissiyası konkret nəsə demir. Novruz bayramından sonra Dövlət Komissiyası ilə bir də əlaqə saxlayacam”.
Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib.