“Can Ərzincan”a “can” deyən oliqarx oğlu kimdir?

0
6

“Can Ərzincan”a “can” deyən oliqarx oğlu kimdir?
Razi Nurullayev AXCP-ni silkələdi…

AXCP sədrinin sabiq müavini Razi Nurullayevin “Əli Kərimliyə iqtidardan maliyyə yardımı edilir” açıqlaması “cəbhəçi”lərin geniş müzakirə mövzusuna çevrilib. Əslində, Razi bəy yeni fikir söyləməyib, daha öncə “Millətim”də getmiş məlumatın doğruluğunu təsdiqləmiş olub. Belə ki, “Millətim” AXCP sədri Əli Kərimlinin iqtidardakı bir klanla əlaqəli olduğunu qeyd etmişdi.
AXCP-nin mətbuat katibi Natiq Ədilovun Parisdə peyda olması da söz-söhbətə səbəb olub. Uzun illərini Ə.Kərimlinin müdafiəsinə sərf edib, ailələrini ehtiyac içində boğan AXCP-nin bir çox üzvü partiyadaşlarının xarici ölkələrə bahalı səfərlər etməsini müzakirə etməyə başlayıb. Daha öncə ABŞ-a səfər edib, okeanın o tayında bir neçə ay keyf çəkmiş N.Ədilovun nə qədər maliyyə vəsaiti sərf etdiyi dəqiq bilinməsə də, bunun kifayət qədər sanballı rəqəm olduğuna kimsə şübhə etmir.
Artıq sirr deyil ki, AXCP sədri müxtəlif mənbələrdən vəsaiti yalnız özünə və yaxın çevrəsinə sərf etməkdədir. “Millətim”in ötən saylarından birində qeyd etmişdik ki, AXCP-yə yardım edən oliqarx-nazirin oğlu tez-tez okeanın o tayına səfərlər edib, orada milyonları sağa sola dağıtmaqla ABŞ rəsmiləri sırasından özünə xeyli dost qazana bilib. Məhz, həmin dövlətin rəsmilərinin tövsiyyəsi ilə AXCP-yə dəstək verməyə razılaşan oliqarx nazir və oğlu maliyyə vəsaitini müxtəlif yollarla AXCP sədrinə ötürə biliblər. Həmin ötürmə əməliyyatlarında indi ermənilərin ikinci vətəni sayılan Fransaya sığınmış N.Ədilovun da kifayət qədər rolu olub. Söylənilənə görə ABŞ-da uzun müddət qalmış N.Ədilov sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə Ə.Kərimlinin yeni iş birliyinin qurulmasında da vasitəçilik edə bilib.
AXCP sədrinin sabiq müavini R.Nurullayevin beynəlxalq ələqələrə malik olması heç də sirr deyil. Onun sabiq sədri Ə.Kərimlinin ölkədəki nüfuzlu bir klanla əlaqədə olması barədə açıqlamasını xarici mənbələrə istinadən etməsi ehtimal edilir. Nəzərə alsaq ki, AXCP sədri R.Nurullayevi yola salarkən “mənim iqtidarda adamlarım var, onlar mənə yazılı məlumat ötürürlər” deyib, onda
Ə.Kərimlinin iqtidardakı bir klanla işbirliyində olmasına şübhə yeri qalmır.
Son günlər AXCP sədrinin baş mirzəsi sayılan, hazırda Parisdən Almaniyaya, Almaniyadan da digər ölkələrə səfərlər edib, qalan ömrünü pivə içməklə, dezinformasiya yaymağa and verən, “Azadlıq” qəzetinin fərari baş redaktoru Qənimət Zahid qəzetin ciddi maliyyə çətinlikləri ilə baş-başa qaldığı barədə haray salmağa başlayıb. Təbii ki, bu kasıb, fədakar AXCP üzvlərinin son qəpiyini belə ələ keçirməyi qənimət bilən Qənimətin növbəti blefidir. Axı, kim bilmir ki, “Can Ərzincan” telekanalında “Azərbaycan saatı” adlanan verilişi yayımlamaq Q.Zahidə yüz minlərlə ölçülən maliyyə vəsaitinə başa gəlir. Həmin maliyyə vəsaitinin mənbəyini Q.Zahid və yaxud Ə.Kərimli açıqlaya bilərmi? Fəaliyyətlərinin şəffaflığını təmin edə bilməyən biriləri, onda nə haqla özgələrindən hesab sorurlar? “Can Ərzincan” telekanalına ödənilən yüz minlərlə ABŞ dollarından bir miqdarını Ə.Kərimliyə fanatikcəsinə xidmət göstərən “Azadlığ”ın əməkdaşlarına ayırmaq günah olardı?

Əli Kərimli mühacirləri də qarşı-qarşıya qoydu

Sabiq AXCP-çi, “Azadlıq”ın sabiq satirik yazarı Mirzə Sakitin Ə.Kərimliyə və hətta qardaşı Qənimətə mənfi münasibəti hər kəsə məlumdur. Məlum olmayan, qaranlıq məqam Mirzə Sakitin gözlənilmədən “Azadlıq”dan uzaqlaşdırılmasıydı. Əlbəttə, satirik yazar, yazdıqlarına rəğmən həbsxana həyatı yaşamış Mirzə Sakit “Azadlıq”dan qovulmağını heç bir vəchlə həzm edə bilməzdi. O, zaman-zaman sosail şəbəkələrdə AXCP sədrinə ilişir, onu diktatorluqda suçlayır. O da faktdır ki, Mirzəyə dəstək verənlər, onun haqlı olduğunu etiraf edənlər saysız-hesabsızdır. Axı, nə üçün daima iqtidara meydan oxuyan, sərt satirasıyla çoxlarının canına vəlvələ salan Mirzə Sakit “Azadlıq”dan qovulmalıydı?

Bəli, Mirzə AXCP sədrinin iqtidardakı dostlarına ilişməsinin bədəlini ödəyir və görünən odur ki, hələ çox ödəməli olacaq. Ə.Kərimli müxtəlif ölkələrə ezam edib, adlarını mühacir qoyduğu müftəxor tərəfdarlarına Mirzə Sakitin “vurulma”sı barədə göstəriş verib. İlk olaraq hərəkətə keçən “Azadlıq”ın sabiq yazarı Fikrət Hüseynli olub. Əlbəttə, Mirzə Sakitin qarşısında nəinki Fikrət, heç qardaşı Qənimət də dayana bilməzdi ki, elə də oldu. Araqarışdırmağı özünə peşə etmiş Ə.Kərimli bu dəfə xaricə sığınmış mühacirlərimizi bir-birinə vurdu. Səbəb bəllidir. AXCP sədri onu bərk narahat edən gündəmi dəyişmək istəyir. Axı bu gün AXCP üzvlərini Ə.Kərimlinin bu dəfə iqtidardakı yeni Fərhad Əliyevin kimliyi, “Can Ərzincana” can deyib, “Azərbaycan saatı” üçün yüz minlər xərcləyən səxavət sahibinin adı maraqlandırır. AXCP-çilər artıq N.Ədilov və Q.Zahid kimi dünyanı gəzib keyf etmək, Qənimətin xoşladığı pivələrdən içmək istəyirlər.

Turan Türk

LEAVE A REPLY